Marqvelaşvili Axısxa türkləri ilə görüşüb

img

29-11-2014 [19:54]


Gürcüstan prezidenti Georgi Marqvelaşvili Axısxa türkləri ilə görüşüb və onların problemləri ilə tanış olub.

Bu barədə prezidentin milli azlıq məsələləri üzrə müşaviri Sofiya Şamanidi bildirib.

S. Şamanidi APA-ya açıqlamasında bu ildən başlayaraq, Axısxa türklərinin repatriasiyası məsələsinə baxılacağını deyib: "Axısxa türkləri prezidentlə görüşdə onları narahat edən problemlər barədə ətraflı danışıblar. Qeyd olunub ki, 2011-ci ildə yaradılan "Repatriasiya məsələləri üzrə idarələrarası Şura" onlarla sıx əməkdaşlıq etməlidir”.

S. Şamanidinin sözlərinə görə, görüşdə həmçinin qeyd edilib ki, Gürcüstan vətəndaşlığına qəbul müddəti 2 ildən 5 ilədək uzadılsın: "Bizdə olan məlumata görə, hələlik 267 Axısxa türkü Gürcüstan vətəndaşlığını alıb. Bu il Axısxa türklərinin Gürcüstandan köçməsinin 70 illiyi tamam olub və bu münasibətlə Axısxa türkləri konfrans keçiriblər. Prezidentlə keçirilən görüşdə isə Axısxa türkləri onlara göstərdiyi diqqətə görə təşəkkür ediblər". 

Xatırladaq ki, Axısxa türkləri 1944-cü ildə Gürcüstandan Orta Asiya respublikalarına sürgün ediliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA