"Bizim üçün çətin olacağını bilirik..." - Qurbanovdan iddialı açıqlama

img

27-11-2014 [09:41]


"Rəqibə hörmət edirəm. "Sent-Etyen"in möhkəm müdafiəsi, yaxşı komanda oyunu və fərdi güclü futbolçuları var. Rəqibimiz nadir hallarda qol buraxır. Bizim üçün çətin olacağını bilirik və həm də matç maraqlı keçəcək". 

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Sent-Etyen"lə qarşılaşacaq "Qaradağ"ın çalışdırıcısı bu gün Fransada mətbuat konfransı keçirib. Qurbanovu üstünlyün rəqib tərəfdə olacağını bildirib: "Rəqibin üstünlyü var. "Sent-Etyen" Bakıdakından daha fərqli oynayır. Rəqibin oyunlarına baxmışıq və təhlil etmişik. Onlara istədikləri oyunu sərgiləməyə imkan verməməliyik. İntizamlı və öz istədiyimiz kimi oynamağa çalışacağıq".

Baş məşqçi 1/16 final şanslarından danışıb: "Növbəti mərhələyə çıxmaq üçün bizə nə qədər xal lazım olduğunu bilmirəm. Amma hələ 1/16 finala xal baxımından gücümüz çatmır. Bu, bizim xəyallarımıza mane olur. Sabah əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. Buna da məcburuq".

Qurbanov heyətdəki itkilərin hazırlığa təsir etdiyini deyib: "Bəzi aparıcı futbolçularımız zədəlidi. Əlimdə seçim imkanı azdı. Dünyada hər bir komandanın zədə problemi var. Çumbinyo və Danilo Diasın zədəsinin hazırlıqla bağlılığı yoxdu. Heyf ki, Reynaldo, Çumbinyo və Dias sabah oynamayacaq. Ancaq bu haqda çox düşünmək və bunu böyük problem hesab etmək digər oyunçulara mənfi təsir göstərə bilər. Futbolçuların motivasiyasını artırmalıyıq. Mən hər bir oyunçuma inanıram. Onlar da məsuliyyəti dərk edir və uğur üçün əllərindən gələni edəcəklər"(Anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA