26-11-2014 [13:56]
Son vaxtlar Avtosfer.az saytına DYP əməkdaşlarının fəaliyyəti ilə bağlı maraqlı xəbərlər daxil olmaqdadır. Bildirilir ki, bəzi DYP əməkdaşları piyada keçidlərində piyadaya yol verməyən sürücüləri «ilişdirmək» üçün maraqlı üsula əl atırlar. Əslində bu barədə bir neçə ay əvvəl də məlumat almışdıq. Sadəcə inanmamışdıq. O vaxt gənc müğənni Yaşar Cəlilov bildirmişdi ki, Nəsimi rayonu ərazisində – «Köhnə dəyirman»ın yaxınlığındakı piyada keçidinin yanında həmişə bir nəfər dayanır. Həmin şəxs elə mövqe seçir ki, guya yolun kənarında dayanıb kimisə gözləyir. Lakin maşınlar keçidə yaxınlaşanda qəflətən ayağını zebranın (piyada keçidinin) üstünə ataraq sürücülərə və özünə təhlükə yaradır. Amma iş bununla bitmir. Bir qədər irəlidə dayanan DYP əməkdaşları dərhal həmin sürücülərdən bir neçəsini saxlayıb cərimə yazırlar ki, filan yerdə piyadaya yol verməmisən, 50 manat cəriməsi var. Yaşar Cəlilov deyir ki, bu hadisə onun başına gəlib. Amma paytaxtın başqa yerlərində də belə hallar var: «Bir dəfə də atamı eyni qaydada cərimələyiblər. Mənə zəng edib deyəndə o saat başa düşdüm ki, qurama işdir. Dəqiq xatırlamıram ora hansı küçədir, amma atam da bildirdi ki, piyada yol polisinin adamı idi, birlikdə «işləyir»lər».
Bu günlərdə isə məlumat aldıq ki, sən demə, yol polisində bu variantdan geniş istifadə olunur. Belə ki, eyni proses Ceyranbatanda da gedir. Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində piyada keçidi var. Burada həm də müşahidə kameraları və radar mövcuddur. Avtosfer.az-a məlumat verən sürücülər bildirirlər ki, həmin piyada keçidinin yaxınlığında iki piyada dayanır. Onlar burada tez-tez görünürlər. Elə ki maşınların sayı bir az çox oldu, həmin piyadalar qəflətən özlərini piyada keçidinin üstünə atıb yolu keçməyə başlayırlar. Bir qədər sonra eyni qaydada geri qayıdırlar: «Yəni, bura onların «iş yeri» dir. Heç kim heç nə başa düşmür, sürücülər yollarına davam edirlər. Amma Bakıya tərəf gedən sürücülər qarşıda «surpriz»lə qarşılaşırlar. Saray postunda həmin maşınları saxlayan yol polisləri bildirirlər ki, Ceyranbatanda piyadaya yol verməmisən. Hərəyə bir cərimə deyirlər - gah 50 manat, gah da 60 manat və 3 bal. Əksər hallarda sürücülərdən 50 manat tələb edirlər ki, cərimə yazmayaq, yazsaq, bal da düşəcək. Ona görə də, bəzi sürücülər bal yazılmasın deyə pul verib canlarını qurtarırlar».
Yeri gəlmişkən, Saray postu Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Ppatrul Xidməti Alayının tabeliyindədir. Alayın komandiri polkovnik Balakişi Əhmədovdur. Bu postdan tez-tez narazılıqlar olurdu. Amma daha bu qədər «unikal» əməliyyat heç kimin ağlına gəlməzdi. Görünür, Balakişi Əhmədovun işçiləri bunun üçün xeyli «baş sındırıb». Lakin çox hörmətli polkovnik öz işçilərinə təlimat verməyi unudub ki, xüsusi texniki vasitətələr tərəfindən qeydə alınmış qayda pozuntusuna görə sürücünü yolda saxlamaq qadağandır. Postda sürücünü saxlayıb "filan yerdə kamera çəkib, piyadaya yol verməmisən, cərimə yazacağıq” demək İnzibati Xətalar Məcəlləsinin 429-3-cü maddəsini kobud şəkildə pozmaqdır. Bu, qanunlara hörmətsizlikdir. Kamera çəkib, lap yaxşı. Göndər ünvanına, cəriməni öləsin. Həmin piyadanın DYP-nin adamı olduğunu qoyaq bir kənara, qayda pozuntusu kamera vasitəsilə qeydə alınıbsa, sürücünü sənədləşmə üçün saxlamaq qadağandır. Çünki həmin qayda pozuntusu Mərkəzi Məlumat Xilməti (MMX) tərəfindən qeydə alınır və dərhal sürücüyə heç kimin müdaxiləsi olmadan, əli dəymədən elektron protokol yazılır və ünvanına göndərilir. Saray postuna sürücünü saxlayıb sevinə-sevinə «filan yerdə qayda pozmusan» deyən yol polislərinin deyəsən, bu sistemdən xəbəri yoxdur. Əslində xəbəri olmaya bilməz. Çünki onların komandiri hər bir yenilik barədə işçilərinə məlumat verməlidir, təlimat keçməlidir. Amma görünür ya məlumat verilməyib, ya da təlimat düzgün oxunmayıb.
Bir daha qeyd edirik ki, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş qayda pozuntusuna görə sürücünü saxlamağa ehtiyac yoxdur. Çünki həmin kameralar qanuna əsasən, MMX-ya inteqrasiya olunub və hər bir qayda pozuntusu üzrə elektron protokol tərtib olunur. Bir halda ki, kamera çəkəcəkdisə, yol polisi də yolda sürücünü yenidən saxlayacaqdısa, o zaman bu kameralar, bu sistem nəyə lazım idi?
Amma Ceyranbatanda qeydə alınan qayda pozuntusuna görə Saray postunda sürücünü saxlayıb hansısa formada «cəzalandırıb» yola salırlarsa, burada başqa müəmma da ola bilər. Bəlkə həmin qayda pozuntusunu qeydə alan kamera MMX-ya inteqrasiya olunmayıb? Əgər belədirsə, bu da çox ciddi qanun pozuntusudur, çünki İnzibati Xətalar Məcəlləsinin 391.1-1-ci maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin DYP-nin mərkəzi informasiya sisteminə (MMX-ya) inteqrasiya olunmasını birmənalı təsbit edir. İnteqrasiya olsaydı, sürücülərin ünvanına məktub gələrdi. Amma gəlmir. Saray postunda sürücüləri saxlayıb «cərimələyəndən» sonra «Yaxşı yol, narahat olma, siləcəyik» deyib yola salırlarsa, deməli, burada Balakişi Əhmədovun işçilərinin qeyri-adi ixtirası var. Bu və digər ixtiralar barədə növbəti yazılarımızda məlumat verəcəyik. Həm də biləcəksiniz ki, yollardakı bəzi radarlar MMX-ya inteqrasiya olunmayıb. Həmin radarlar da Balakişi Əhmədovun komandiri olduğu Alaya aiddir. Məsələn, DYP əməkdaşı sizi mağistral yolda saxlayıb «filan yerdə radara düşmüsünüz» deyir, siz «ünvana göndərin» deyib yolunuza davam etmək istəyirsiniz. Sizi saxlayan əməkdaş isə təkidlə bunu yerində həll etməyin zəruriliyini, hətta faydalılığını deyir. Sizcə, niyə? Tezliklə, Avtosfer.az saytında bu sualın cavabını biləcəksiniz.
Piyada keçidində polislə "iş birliyi” edənlərə isə ehtiyatlı olmalarını tövsiyə edirik. Axı intizamsız sürücülər çoxdur.
Elməddin Muradlı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi