“Həyatım boyu belə şey görməmişdim, Azərbaycanda gördüm”

img

24-11-2014 [15:10]


Azərbaycan Premyer Liqasının 13-cü turunun "Qəbələ” - "Simurq” oyunundan sonra (2:3) "Qəbələ”nin yarımmüdafiçisi Markus Markinyoş Qol.Az saytının suallarını cavablandırıb

- Oyununuz niyə alınmadı?

- Bu mövsüm "Qəbələ” özünü yaxşı tərəfləri ilə də göstərə bilib. Amma əsəs olan qalib gəlmək və xal toplamaqdı.r "Simurq”la qarşılaşmadada pis oynadığımızı düşünmürəm. Qalib də gələ bilərdik. Rəqibin vurduğu ilk qoldan sonra meydanda  mübarizə daha da qızışdı. İlk hissədə hesabı bərabərləşdirə bildik. Buna baxmayaraq, ikinci hissədə buraxdığımız ani səhvlərdən qapımızda qol gördük. Əlimizdən gələni etsək də, uduzduq.

- Evdə 2:3 hesabı ilə məğlub olacağınızı gözləyirdin?

- Qətiyyən. Təəssüf ki, vacib üç xal itirdik. Amma artıq nəticəni dəyişə biləcək nəsə yoxdur. Başımızı dik tutub, qarşıdan gələn oyunlara yaxşı hazırlaşmalı və uğur qazanmalıyıq.

- "Qəbələ”də sənin oyunun niyə istənilən kimi alınmır?

- Hələ kluba tam uyğunlaşa bilməmişəm. Uzun müddətdir ki,özümü fiziki cəhətdən də yaxşı hiss etmirdim. Amma bütün bunlar futbolda normal şeylərdir. Bəzi oyunlarda yaxşı oynayırsan, bəzilərində isə oyunun alınmır.

- Belə oyunla çempionatda nəyə ümid edirsiniz?

- Bu mövsüm əlimizdən gələni edəcəyik ki, ən yaxşı  yerlər uğrunda mübarizə aparaq. Dalbadal iki oyun – AZAL və "Simurq”la matçlarda xal itirdik. Əsas odur ki, özümüzü toplamalı və növbəti matçlarda layiq olduğumuz xalları qazanmalıyıq.

-Bu məğlubiyyət sizin çempionluq iddianıza son qoymadı ki?

-Yox, biz sona kimi mübarizə aparacağıq. Bizim çox yaxşı potensialımız var. Qarşıda hələ çox oyun var. İnanıram ki, həmin oyunlarda yaxşı nəticə qazanıb istəyimizə nail olacağıq.

- Bir çox ölkədə oynamısan. Azərbaycan futbolu haqda fikirlərin necədir?

- Azərbaycan çempionatıda güclü komandalar çoxdur. Heç də digər ölkələrdən geridə qalmırlar. Çempionluq uğrunda bir neçə komanda mübarizə aparır. Premyer Liqanızda iştirak edən səviyyəli futbolçuların da sayı az deyil.

- Heç oynadığın çempionatların hansındasa "Araz Naxçıvan” kimi mübarizəni yarımçıq dayandıran klub olmuşdumu?

- Yox, mən həyatım boyu belə şey görməmişdim ki, hansısa klub çempionatın ortasında mübarizədən çəkilsin. Amma Azərbaycanda gördüm.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA