FİFA açıqladı: Azərbaycan mövqeyini itirdi - SİYAHI

img

22-11-2014 [15:09]


Yığmaların aylıq reytinq proqnozu açıqlanıb. 

ANS PRESS-in məlumatına görə, tərtib olunan siyahıda milli komandamızın geriləyəcəyi gözlənilir. Yığmamız reytinq siyahısında aktivindəki 215 xalla 135-cı pillədə qərarlaşacaq. Ardıcıl uğursuz çıxışlar sərgiləyən millimiz əvvəlki mövqeyindən (126) 9 pillə geriləyib.

Reytinq cədvəli proqnozuna əsasən ilk üçlükdə müvafiq olaraq Almaniya (1725), Argentina (1538) və Kolumbiya (1450) yer alacaq.

İlk beşlikdəki 4-cü və 5-ci sıradakı komandalar isə yerlərini dəyişməyəcəklər. 

Belə ki, Belçika aktivindəki 1417 xalla 4-cü, Hollandiya isə 1374 xalla 5-ci pillədə özünə yer tapacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA