"Sənin ərinlə kim yatır, sən kimlə yatırsan?" - sərt xəbərdarlıq

img

17-11-2014 [17:04]


Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev şou-biznesdə olan qalmaqallara münasibət bildirib. 

Lent.az-a açıqlama verən partiya sədri bildirib ki, qalmaqal edən müğənnilərin nə səsi, nə də sənəti yoxdur: 
"Bu gün şou-biznes bərbad vəziyyətdədir. Cəmiyyətdə yaranan əksər problemlərin səbəbkarları bəzi dırnaqarası müğənnilərdir. Səsi olmayan müğənni qalmaqal edir ki, özünü kiməsə göstərsin. Biri digərinə deyir ki, səni ərimi sənlə tutmuşam. Ağır söhbətdi, kimi kimlə tutdum. Bu sözləri hər yerdə demək olmaz. Ümumiyyətlə, belələrinə heç müğənni də demək olmaz. Bu müğənnilər xalq tərəfindən boykot olunmalıdır. Həmin insanlara salam da vermək olmaz. Onları görəndə, yolu dəyişmək lazımdır. Başa salmaq lazımdır ki, siz Azərbaycanın keçmişdən qalma adət-ənənələrini pozursan. Kimlə "pastel”də yatırsan, get yat. Bundan xalqa nə? Sənin ərinlə kim yatır, o birisi ilə kim yatır, sən kimlə yatırsan? Bunun kimə dəxili var? Bütün bu məsələlərə Azərbaycan xalqı öz münasibətini bildirməlidir. Bildirib, bundan sonra da bildirəcək. Onu da deyim ki, Azərbaycanda özünə hörmət edən müğənnilər də var. Hansı ki, onlar qalmaqaldan uzaqdır. Onlar kimin kimlə yatdığını, canlı efirdə demirlər

Digər xəbərlər
SON XƏBƏRLƏR