Baş məşqçi meydana girdi - Oyun yarımçıq dayandı

img

17-11-2014 [15:26]


Dünən Donetskin "Şaxtyor"  və "Olimpik" komandaları arasında keçirilən yoldaşlıq oyunu yarımçıq dayandırılıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə,  buna "Olimpik"in futbolçularının sərt oyunu səbəb olub.

"Şaxtyor"un baş məşqçisi Mirça Luçesku futbolçularına qarşı kobud oyundan sonra meydana daxil olub və hakimlərə əsəbiləşib. Futbolçularını oynatmaq istəmədiyini bildirən Luçesku hakimlərdən matçı bitirməsini tələb edib. Bundan sonra görüş dayandırılıb.

M.Luçesku matçın dayandrılmasının hər iki baş məşqçinin birgə qərarı olduğunu deyib: "Olimpik"in futbolçuları sanki Ukrayna Liqasında önəmli matç oynayırdılar. Ancaq bu, yoldaşlıq görüşü idi. Meydanda gərginlik daha da artırdı. Futbolçularım da son dəqiqələrdə sərt oynamağa başladılar. Oyunçular ciddi zədə ala bilərdilər. Bunun qarşısını almaq üçün bu qərarı verdik".

Qeyd edək ki, sözügedən qarşılaşmanın 39-cu dəqiqəsinə kimi hakim "Olimpik"in üç futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA