Vurulmuş erməni helikopteri ilə bağlı Türkiyədən reaksiya

img

15-11-2014 [18:43]


Bu gün Can Radyoda Doğan Beyazgüllə Gök Qurşağı proqramının qonağı olan, CHP İzmir vilayətinin başqan müavini, 2015-ci il parlament seckilərində millət vəkiliyinə namizəd, doktor Ülkümən Rodoplu Türkiyədə və dünyada baş verən bir sıra məsələlərə dair sualara aydınlık gətirdi. Bu suallar içərisində üc gün əvvəl Azərbaycan sərhədlərini pozduğu ücün əsgərlərimiz tərəfindən vurulan erməni helikopteri ilə bağlı sual da vardı. Ülkümən Rodoplu bu bu məsələyə münasibət bildirərək  "Azərbaycan haqlı olduğu ücün qardaşlarımızın yanındayam. İllərdir Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni işğalı altındadır. Dünyan ictimaiyyəti bu məsələyə göz yumur, amma biz də onlara baxıb göz yummayacağıq" dedi.

CHP funksioneri "Azərbaycan bir türk dövlətidir. Qanı qanımızdan canı canımızdan olan qardaşlarımızdır. Qardaşlığı bir kənara qoyaq, amma Azərbaycan Dağlıq Qarabağ məsələsində haqlıdır və torpaqlarının 20 faizi işğal edilən isə Ermənistan deyil, Azərbaycandır. O üzdəndə  heç bir tərəf tutmadan haqlı olaraq Azərbaycanın yanındayıq. Kimsənin kimsənin sərhədlərini pozmaq haqqıı yoxdur". 

Bundan başqa Rodoplu Azərbaycanın Türkiyənin bütün uğurlarına sevindiyini bildirərək "Qalatasaray Avropada uğur qazananada Azərbaycanın sokakları insanlarla dolmuşdu. Millət milli bayramını  kecirirdi sanki. Dünyada hansı uğurumuz olubsa, Azərbaycan bayraqlarıyla yanımızda olub. Kədərimiz kədərləri, sevincimiz sevincləri olub. Həmçinin də Azərbaycanın uğuru məni hər zaman sevindirib. Kədərləri kədərim olub. Elm sahəsində Azərbaycanın dünyadakı uğurlarına qürurlanmışam. Bir sözlə kim nə edərsə etsin bizi ayıra bilməzlər”-deyərək sözünü tamamlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA