"Kimsənin əməyini, əziyyətini oğurlamaq yaxşı iş deyil" - Vüsalə Mahirqızı

img

14-11-2014 [21:32]


2004-cü ildə yaradılmış APA  (Azəri-Press Agentliyi) ölkədə və beynəlxalq arenada tanınmış informasiya agentliyidir. Beynəlxalq reytinq cədvəllərinin statistikasına görə, Azərbaycanın ən çox istinad edilən və oxunan informasiya agentliyi olan APA bu il 10 illiyini qeyd edir. 

Mia.az Aktual.az-a istinadən "APA Holdinq"in prezidenti Vüsalə Mahirqızının müsahibəsini təqdim edir:
  
-Vüsalə xanım, APA-nın bu 10 ildə qazandığı uğurların kökündə hansı faktorlar dayanır?
 
-APA-nın uğurlarının kökündə ölkədə olan azad, müstəqil media mühiti dayanır. Ölkədə yaradılmış normal mühit informasiya ilə işləməyə imkan verməsəydi, biz belə bir uğur qazana bilməzdik.
İkinci faktor, APA-nın yaradılması vaxtının doğru seçilməsidir. Bu sahədə boşluq olan vaxtda, internet media yeni-yeni yaranırdı, həmin zamanda belə bir xəbər istehsalçısına- agentliyə ehtiyac var idi. Bu proseslərin fonunda APA yarandı. Ölkədə olan azad media mühitinin, bizə etimad göstərilməsinin, hər zaman, həm dövlət qurumları tərəfindən, ümumiyyətlə, media camiyyəsindən, eləcə də oxucularımızdan, abunəcuilərimizdən, müştərilərimizdən gördüyümüz xoş rəftarın, xoş münasibətin, kollektivin peşəkarlığının bu uğurda böyük payı var.
 
-APA ötən 10 il ərzində uğurlu layihələrə imza atdı. Bundan sonra elektron media sahəsində hansı yenilikləri tətbiq etməyi, hansı layihələri reallaşdırmağı düşünürsünüz?
 
-Davamlı layihələrimizin şahidi olacaqsınız. Əsas məsələ APA-nın daha geniş arealda yayılması, regionda daha çox tanınması məsələsidir. İnformasiya texnologiyalarının tətbiqi sahəsində uğurlar qazanmağı hədəf seçmişik. Bu istiqamətdə müəyyən layihələrimiz olacaq.
 
-APA TV-nin  peykə çıxması barədə düşünürsünüzmü? Bu, baş verəcəkmi?
 
-İstənilən media qurumu istəyir ki, geniş əhatədə yayılsın. Hər bir KİV-in hədəfi daha böyük auditoriya qazanmaq, daha böyük oxucu kütləsi əldə etməkdir. Bizim də planlarımız var. APA TV- nin peykə çıxması məsələsi, həm də rəsmi qurumların icazindən asılıdr. Arzu ediəm ki, APA TV-nin peykə çıxması məsələsinə nail olaq.
 
-APA-nın 10 illiyi ilə bağlı xüsusi təbrik gözlədiyiniz ünvan var idimi?
 
-Hətta mənim təbrik gözləmədiyim insanlar belə bizi təbrik elədilər. Xarici qurumlar,  Azərbaycanda akreditə olunmuş səfirliklər, dövlət qurumları, bir neçə ölkənin dövlət rəsmiləri, təbrik etdi bizi. Çox səmimi yanaşma gördük. Rəqiblərimiz bizə qarşı, son dərəcə, dostcasına davranış nümayiş etdirdlər. Gözlədiyimiz və gözləmədiyimiz yerlərdən təbriklər aldıq.
 
- Son zamanlar bəzi media qurumları APA-dan xəbər götürüb istinadsız verirlər. Bununla bağlı deyəcəyiniz nə isə varmı?
 
-Hesab edirəm ki, istinad mədəniyyətdir. Mədəni olmaq yaxşıdır. Kimsənin əməyini, əziyyətlə hazırladığı xəbəri oğurlamaq yaxşı iş deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR