Mançini "Qarabağ"a qarşı

img

14-11-2014 [21:21]


"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "İnter" baş məşqçisini dəyişib. 

Fanat.az xəbər verir ki, Milan klubu Valter Matsarri ilə yollarını ayırıb.

Artıq "İnter"in yeni baş məşqçisi də müəyyənləşib. "Qarabağ"ın rəqibini bundan sonra Roberto Mançini çalışdıracaq.

Son iş yeri "Qalatasaray" olan Mançini 2004-2008-ci illərdə də "İnter"in baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında ardıcıl 3 dəfə İtaliya çempionluğunu, 2 dəfə ölkə kubokunu və 2 dəf Super Kubokunu qazanıb. 49 yaşlı italyan mütəxəssis "İnter" və "Qalatasaray"dan başqa İtaliyanın "Fiorentina", "Latsio" və İngiltərənin "Mançester Siti" klublarını çalışdırıb. Bir neçə gün əvvəl Mançinin AFFA-dan təklif aldığı, amma qəbul etmədiyi barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, "İnter" Avropa Liqasının qrup mərhələsi çərçivəsində dekabrın 11-də Bakıda "Qarabağ"la qarşılaşacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA