Milli Məclis məxfi məlumatların mübadiləsini müzakirəyə çıxardı

img

14-11-2014 [15:27]


Bu gün Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib.

AzərTAc xəbər verir ki, iclasda "Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair” Sazişin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirə edilib.

Komitənin sədri Ziyafət Əsgərov "Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair” Sazişin 2014-cü ilin may ayında Bakıda imzalandığını xatırladıb. Bildirilib ki, Saziş 14 maddədən ibarətdir. Burada məxfi materialların qorunması, müqavilələr, təhlükəsizlik qaydaları, müvafiq sahədə əməkdaşlıq və digər bu kimi məsələlər əksini tapıb. Ziyafət Əsgərov diqqətə çatdırıb ki, Saziş tərəflər, yaxud onların milli qanunvericiliklərinə tabe olan dövlət və ya özəl müəssisələr arasında bütün məxfi məlumatın mübadiləsini tənzimləyir.

Müzakirələr zamanı çıxış edən Milli Məclisin deputatları qanun layihəsinin önəmindən danışıblar. Onlar Azərbaycanın bundan əvvəl də bir neçə ölkə ilə belə Saziş imzaladığını, bu cür əməkdaşlığın ölkəmizin artan nüfuzunun və uğurlu xarici siyasətinin göstəricisi olduğunu vurğulayıblar. Qeyd edilib ki, dövlətimizin milli maraqlarına tam uyğun olan belə sazişlər müttəfiqlərimizin sayını artırır.

Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA