"Müsavatda narazılara hədə-qorxu gəlirlər" - Tural Abbaslı

img

14-11-2014 [13:41]


Müsavatın son qurultayının nəticələrindən və partiya daxilində cərəyan edən prosesslərdən narazı qalan bir qrup müsavatçı bəyanat yayıb. 

Bəyanatda adı keçən şəxslərdən biri də Müsavat partiyasının başqanlığına keçmiş namizədi, Tural Abbaslı Vətəninfo.az-a açıqlamasında partiyada gərginlik müşahidə olunduğunu deyib: 

"Müsavatın qurultayından sonra mən və tərəfdarlarım seçkilərin nəticələrinə etiraz bildirmədən işimizə qaldığımız yerdən davam etməyə başladıq. Amma partiyada sonradan baş verən prosseslər bizi qane etmədi, partiyanın nizamnaməsi pozulmağa başladı. Şəxsi yazışmaya görə, kimisə partiya sıralarından xaric etdilər. Biz bunlara öz etirazımızı bildiririk. Arif Hacılı və partiya rəhbərliyi narazılarla ortaq məxrəcə gəlmək əvəzinə, onlara hədə-qorxu gəlir. Arif Hacılı başqan seçildikdən sonra, partiyada vəziyyəti sabitləşdirmək istəsəydi bunu edərdi, amma etmədi və hazırda vəziyyət daha da gərginləşib.”

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA