14-11-2014 [13:20]
Bildiyiniz kimi, ADP sədri Sərdar Cəlaloğlu 2013-2014 cü illərdə Azərbaycan xalqının, millətinin qəhrəmanlarını və görkəmli şəxsiyyətlərini təhqir və təkzib etməklə yaddaşlarda qaldı. (Buna misal olaraq Səməd Vurğun, Koroğlu, Qaçaq Nəbi və həyat yoldaşı Həcər xanım, Milli qəhrəman Ramil Səfərov və digərləri...)
Onun bu və ya digər formada milləti təhqir etmə , aşağılamaq kimi əməllərinə qarşı ölkədə tək mən çıxdım və onun mətbuat vasitəsilə adekvat cavabını verdim. Daha doğrusu onun cavabını xalq artistləri, ölkə ziyalıları və sairə təbəqənin üzvləri həm mətbuat, həm sosial şəbəkələr vasitəsilə verdilər. Amma nədənsə bu insanların içərisində Sərdar Cəlaloğlu məni seçdi və Şirvan şəhər məhkəməsinə müraciət edərək mənəvi zərərin ödənilməsinə dair iddia qaldıraraq məndən 30 min manat pul istədi. (sonralar məlum oldu ki, məni seçməkdə məqsədi Türkçülük, Azərbaycançılıq uğrunda fəaliyyət göstərən bir şəxs olduğumdan özünü reklam etmək olub.Bu adam Türkçülüyə , Azərbaycançılığa qarşı mübarizə apardığından onun üçün ən gözəl hədəf mən idim. ) Nə isə... Şirvan şəhər məhkəməsinin Hakimi Ziya Əliyev isə mən məhkəmə iclasında olmaya-olmaya Sərdar Cəlaloğluna 10 min manat mənəvi zərərin ödənilməsinə dair qətnamə çıxarıb. Nəzərinizə çatdırım ki, mən sonuncu məhkəmə iclasına qədər 1 iclası çıxmaq şərti ilə, bütün iclaslara getmişdim. Sonuncu iclasa isə getməməyimin səbəbi o oldu ki, həmyerlimiz Orxan Zeynalovun və "Rusiyada Yaşayan Azərbaycanlıların Hüquqlarının Müdafiə Komitəsinin (RYAHMK) sədri olaraq Rusiyadakı Azərbaycanlılara qarşı edilən repressiyanın aradan qaldırılması ilə bağlı Moskva şəhər meri Sobyaninlə və Rusiya Federasiyasının ombudsmanı Vladimir Petroviç Lukinlə görüşüm oldu.
Rusiya səfərindən qayıdan kimi dərhal qətnamədən Şirvan şəhər Apellyasiya məhkəməsinə müraciət etdim. Apellyasiya məhkəməsində Sərdar Cəlaloğlunun nümayəndəsi və eyni zamanda müavini Taliyət Əliyev adlı şəxslə tanış oldum. Sözün əsl mənasında Taliyət Əliyev çox canfəşanlıq edirdi. Və sübut etməyə çalışırdı ki, onlar bu iddianı pula görə yox , sadəcə olaraq haqsızlığa uğradıqları üçün qaldırıblar. İndi Sərdar Cəlaloğlunun nə dərəcədə "haqsız” olduğunu ölkə ictimaiyyəti çox gözəl bilir.Buna da bir nə isə deyək, keçək mətləbə.
Şirvan şəhər Apellyasiya məhkəməsinin hakimi Qəzəınfər müəllim isə hesab etdi ki, 1-ci instansiya məhkəməsi iddianı düzgün təmin etməyib, qoy bu iddia 10 min manat yox, olsun 1000 manat. Beləliklə Şirvan şəhər Apellyasiya məhkəməsi 1-ci instansiya məhkəməsinin çıxardığı qətnaməni ləğv edərək mənim iddiamı qismən təmin edərək 10 minat ödənişi 1000 manata endirdi. Məhkəmədən çıxandan sonra da mən Sərdar Cəlaloğlunun nümayəndəsi Taliyət Əliyevdən onunla bir neçə gün əvvəl aramızda yaranmış olan mübahisədən dolayı üzr istəyərək ayrıldıq. Və mən məsələnin belə bir şəkildə bitib qurtardığını yəqin edərək heç Ali Məhkəməyə də müraciət etmədim. Təssəvvür edin ki, üstündən 2 ay keçən kimi , bu adamlar Şirvan Şəhər İcra şöbəsinin əməkdaşlarına zənglər vuraraq, tez-tez Şirvana gələrək 1000 manatı tələb edirlər. Açıqcası, mən bu məsələni icraçılardan eşidəndə inanmadım. O günə qədər ki, Taliyət Əliyevin Şirvan şəhər İcra şöbəsinin baş məmuru Dəyanət Lətifovla telefon əlaqəsi olduğunu bilənə və Sərdar Cəlaloğlunun bank rekvizitləri mənə təqdim olunana qədər.

İnanın ki, o gün olmur ki, mənə icra şöbəsindən zəng olunmasın.Artıq İcra şöbəsinin baş məmuru Dəyanət Lətifov məni məcbur qalıb məhkəməyə də verib. Çünki bu adamlar təcili olaraq 1000 manatın məndən alınıb onlara verilməsini tələb edirlər. Belə qərara gəldik ki, mən Qarabağ müharibə Veteranıyam və dövlət mənə hər ay 45 manat veteran pulu verir, o puldan hər ay 30 manatını ona ödəyim. O isə buna da razılaşmır və tələb edir ki, "yox hamısını versin”. Üstəlik əks halda icra məmurunun özündən də yuxarı instansiyalara şikayət edəcəyini də deyib. Mən dəhşətə gəlirəm.Elə indi də şokdayam.
Mən Millətim, Dövlətim , Vətənim uğrunda hər zaman canımı qoymuşam, bu gün də qoymağa hazıram. Bu yolda da başıma gəlməyən fəlakətlər qalmayıb. Müxtəlif xarakterli insanlarla rastlaşmışam. Amma belə bir insanlarla ilk dəfədir ki, rastlaşıram. Milli və xalq qəhrəmanlarımız, görkəmli şəxsiyyətlərimiz bizim milli mənəvi dəyərlərimizdir. Bu dəyərləri heçə saymaq, təkzib etmək, aşağılamaq millətin özünü aşağılamaq, təhqir etməkdir. Bunları et, millətin içərisindən bir kişi sənin adekvat olaraq cavabını versin, sonra da kişini ver məhkəməyə ki, məni söymüsən mənə pul verməlisən, bu azmış kimi israrla da pulu tələb et......
Ay mənim ulu və uca millətim, bunun adı nədir?
"Balkonlardan tullanmayın" - Qapçının qolu ilə pley-offa yüksələn "Benfika"nın Baş məşqçisi kimə replika atdı?
Türklər parçalananda Rusiya böyüyür, birləşəndə kiçilir - Bu, tarix boyu təkrarlanan geosiyasi qanundur (təhlil)
"Qardaşım vəfat etməyib" - Əhəd Abıyev
Kəmaləddin Heydərov yeni təyinata imza atıb
Etibar Əhmədov vəzifədən azad olunub
Şəmşad Ağa anasının dəfn mərasiminə buraxıldı - QƏRAR
"ABU-nun saxta diplomlu "məzunu" onu Xidmət rəisi təyin etdirdi..." - Jurnalist jurnalistin statusuna elə şərh yazdı ki... (FOTOLAR)
Daha üç nəfər dəm qazından zəhərlənib (Yenilınib)
Məhkəmənin qərarı olmadan axtarış aparılması... - Cinayət-Prosessual Məcəlləsi dəyişir
Maştağada istixanadan oğurluq edənlər saxlanıldı
ZƏNGİLANIN BU KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLDU
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...