13-11-2014 [17:49]
Azərbaycan ordusunun Ağdamda erməni helikopterini vurmasına müxalif partiya liderləri münasibət bildirib.
Böyük Quruluş partiyasının lideri Fazil Mustafa, Ümid partiyasının lideri İqbal Ağazadə, Azərbaycan Sosial Demokrat partiyasının lideri Araz Əlizadə, Müasir Müsavat partiyasının lideri Hafiz Hacıyev ordumuzun erməni helikopterini vurmasına müsbət qarşılayıblar.
Fazil Mustafa:"Biz müharibə şəraitindəyik. Azərbaycan ərazisinin, Dağlıq Qarabağın hüdudlarında olan istənilən düşmən obyektini Azərbaycan ordusu zərərsizləşdirməlidir. Biz Ermənistanın ərazisində bunu etməmişik, sırf Azrbaycan ərazisində olduğuna görə, ordumuza haqq qazandırıram . Hesab edirəm ki, ordumuz istənilən erməni provikasiyasına da hazır olmalıdır. Onların hücumlarının qarşısını almalıdır".
İqbal Ağazadə:"Bilirsiniz, helikopterin vurulması çox normal bir şeydir. Atəşkəs rejimi olmasına baxmayaraq Azərbaycanın hava məkanı pozulubsa, ölkənin sərhətlərində işğal olunmuş hətta ərazilərdə belə qeyri-qanuni uçuşlar həyata keçirilirsə, təbii ki, Azərbaycan tərəfi buna öz münasibətlərini bildirməlidir, çünki sonra bundan vətəndaşlar əziyyət çəkir. Hərbi helikopterin hansı əməliyyatlar keçirilməsini heç kim sığortalaya bilməz ki, o test uçuşu həyata keçirirdi, yoxsa hər hansısa ərazini bombalayacaqdı. Bununla bağlı heç bir zəmanət yoxdur. Azərbaycana kim təminat verə bilərdi ki, bu iki helikopter hər hansısa yaşayış məntəqəsini bonbalamayacaqdı və orada çoxlu sayda dinc sakinlər ölməyəcəkdi? Ona görə də, heç kəs Azərbaycanı hansısa qanunları pozmaqda ittiham edə bilməz və bu olduqca düzgün addım idi".
Araz Əlizadə:"Azərbaycan ərazisində hər hansısa bir ölkənin hərbi helikopteri olsun, qırıcıcısı olsun, istəyir əsgəri olsun biz onların hamısının vurulmasının tərəfdarıyıq".
Hafiz Hacıyev:"Mən bunu böyük bir uğur hesab edirəm. Bu onu göstərir ki, Azərbaycanın qüdrətli ordusu var. Azərbaycan ordusu gücünü göstərmək üçün bir helikopteri yox, hücuma keçib Xankəndinidə geri qaytarmalıdır. Partiya sədri olmağıma baxmayaraq, döyüşdə iştirak etməyə hazıram. Şəxsən mən dəfələrlə demişəm, minlərlə partiya üzvü ilə döyüşə gedəcəyik. Erməni işğalçılarından öz torpaqlarımızı geri qaytaraq, Avropanın, ATƏT-in ikiüzlü siyasətinə bir dəfəlik yox deyək. Öz dədə babalarının qəbrini ziyarətə gedən insanları tutub Xankəndində qeyri qanuni qrum məhkəmə açmasına nə Avropa, nə ATƏT, nə də Amerika heç bir reaksiya vermir. Hücuma keçib öz torpaqlarımızı azad etməyin vaxtıdır. Buna Qərb nə deyəcək, ABŞ nə deyəcək, ATƏT nə deyəcək bizim üçün maraqlı deyil. Mən partiya sədri olaraq bu məsələlərdə dövlətimin yanındayam"(ölkə.az).
"Balkonlardan tullanmayın" - Qapçının qolu ilə pley-offa yüksələn "Benfika"nın Baş məşqçisi kimə replika atdı?
Türklər parçalananda Rusiya böyüyür, birləşəndə kiçilir - Bu, tarix boyu təkrarlanan geosiyasi qanundur (təhlil)
"Qardaşım vəfat etməyib" - Əhəd Abıyev
Kəmaləddin Heydərov yeni təyinata imza atıb
Etibar Əhmədov vəzifədən azad olunub
Şəmşad Ağa anasının dəfn mərasiminə buraxıldı - QƏRAR
"ABU-nun saxta diplomlu "məzunu" onu Xidmət rəisi təyin etdirdi..." - Jurnalist jurnalistin statusuna elə şərh yazdı ki... (FOTOLAR)
Daha üç nəfər dəm qazından zəhərlənib (Yenilınib)
Məhkəmənin qərarı olmadan axtarış aparılması... - Cinayət-Prosessual Məcəlləsi dəyişir
Maştağada istixanadan oğurluq edənlər saxlanıldı
ZƏNGİLANIN BU KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLDU
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...