"Ermənistan və onun havadarlarına adekvat cavab verilməlidir" - Əli Orucov

img

13-11-2014 [14:05]


"Azərbaycan Ordusu həmişə ayıq-sayıqliğını belə saxlamalıdır və düşmənin bütün təxribatlarına bu cür sərt cavab verməlidir”. 

Bu fikirləri Mia.az-a AMİP Mərkəzi Şura üzvü Əli Orucov Qarabağ səmasında erməni helikoperinin vurulmasına münasibət bildirərkən deyib: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşəbbüslərin artığı bir vaxtda, Ermənistanın açıq-aşkar törətdiyi təxirbat onu göstərir ki, bu işğalçı dövlət hər vəchlə sülh prosesini pozmağa çalışır. Eyni zamanda regionda sabitliyə, təhlükəsizliyə, davamlı inkişafa maraqlı deyil.  

Hesab edirəm ki, Azərbaycan Ermənistanın pozuculuq hərəkərlərinin üzərinə davamlı gedilməli, sərhədlərimizə hörmətsiz yanaşalar layiqli cavablarını bundan sonra da almalı və məhv edilməlidir. İşğalçı və terrorçu Ermənistan və onun havadarlarına adekvat cavab verilməlidir. Necə ki, verilir.”

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA