Mətbuat Xidmətinin rəhbəri vəzifəsindən getdi

img

13-11-2014 [13:38]


AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı  vəzifəsindən gedib.

Bu barədə "Facebook"da onun özü məlumat verib: "AMEA nəzdində RSXM-in İnformasiya şöbəsinə rəhbərlik etdiyim müddətdə Mərkəzin mətbuatla əməkdaşlığının yüksək səviyyədə qurulması prosesində yaxından iştirak etdiyinizə və səmərəli əməkdaşlığa görə hər bir media orqanına, jurnalist həmkarlarıma ayrı-ayrılıqda təşəkkür edirəm. 

AMEA nəzdində RSXM mənə çox dəyərli insanların, ziyalıların çalışdığı yer kimi hər zaman doğma ocaq olub və bundan sonra da belə qalacaq. Əminəm ki, bundan sonra da Sizin RSXM-in mətbuat xidməti ilə əməkdaşlığınız yüksək səviyyədə davam etdiriləcək”.

Sonda keçmiş xidmət rəhbəri Heydər Əliyev yoluna sadiq qalacağını da xüsusi vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA