ABŞ-dan helikopterin vurulmasına reaksiya

img

13-11-2014 [11:21]


ABŞ dünən Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopterin mövqelərimizə atəş açarkən ordumuz tərəfindən məhv edilməsinə reaksiya verib.

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Vaşinqtonda jurnalistlər qarşısında çıxış edərək baş verən insidentdən narahatlığını ifadə verib və bildirib ki, münaqişənin hərbi yolla həlli mümkün deyil. Sözçü qeyd edib ki, insident bir daha regionda atəşkəs rejiminə nəzarət etməyi və gərginliyin azaldılmasının labüdlüyünü xatırladıb.

Xatırladaq ki, dünən cəbhənin Ağdam istiqamətində, Çəmənli kəndinin ərazisində təmas xəttini pozan Ermənistan tərəfinə məxsus vertolyot Azərbaycan silahlı qüvvələri tərəfindən vurulmuşdu. Ermənistan mətbuatının yaydığı xəbərə görə, 3 erməni pilot qəzada ölüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:56 27.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA