"Erməni helikopterinin vurulması ciddi uğurdur"

img

12-11-2014 [18:30]


"İşğal olunmuş ərazilərimizin üzərində uçuşa qadağan situasiyası yaratmaq olduqca vacib məsələdir”,- 

AXP sədri Pənah Hüseyn düşmən Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulmasına münasibət bildirərkən belə deyib. 

O, qeyd edib ki, bu, ciddi uğurdur: "Əvvəla, hərbçilərimizi təbrik edirəm. Bu, ciddi uğurdur, xoş xəbərdir. İşğal olunmuş ərazilərimizin real olaraq uçuşa qapalı zona olmasına nail olmaq lazımdır. Azərbaycan əsgərinə eşq olsun!”.

Qeyd edək ki, Müdafiə Nazirliyi faktla bağlı açıqlama yayaraq bildirib ki, Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirirlər: "Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib. Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib. Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb”.

Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA