"Qalatasaray"da kütləvi ixtisar, 75 nəfər çıxarıldı

img

12-11-2014 [16:57]


"Qalatasaray"ın yeni rəhbərliyi klubda kütləvi ixtisarlar aparıb.  

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi xərclərini azaltmaq üçün 75 işçi ilə yolları ayırıb. 
 
Onların əksəriyyətinin yaşı 65 və ya daha çoxdur.

İstanbul klubunun yolları ayırdığı işçilərdən biri də 2000-ci ildə "Qalatasaray" UEFA kubokunu qazanan zaman baş məşqçi Fatih Terimin köməkçisi olan Bülent Ünderdir. O, "Qalatasaray" Futbol Akademiyasının koordinatoru vəzifəsində çalışırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA