"Mənə qarşı bir cinayətkardan daha pis rəftar olundu"

img

12-11-2014 [16:38]


"Barselona" klubunun hücumçusu Luis Suares FİFA tərəfindən cəzalandırılması ilə bağlı son zamanlar keçirdiyi ağır günlər haqda danışıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə "Mənim həyatım, Luis Suares" adlı kitabında yazan uruqvaylı futbolçu ona qarşı olan pis rəftardan gileylənib:

"Əlbəttə, mən səhvə yol verdim. Bu mənim günahım idi. Karyeramda üçüncü dəfə belə hadisə baş verirdi və köməyə ehtiyacım var idi. Ancaq mənə qarşı bir cinayətkardan daha pis rəftar olundu".

Xatırladaq ki, Suares "DÇ-2014"də İtaliya ilə keçirilən oyunda rəqib müdafiəçi Corcio Kyellinin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan uzaqlaşdırılmış və onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulmuşdu.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA