"Sumqayıt" - "Qəbələ" oyununda beynəlxalq rüsvayçılıq

img

12-11-2014 [16:27]


Bu gün Sumqayıt şəhər stadionunda keçirilən "Sumqayıt" - "Qəbələ" yoxlama matçında xoşagəlməz hadisə yaşanıb.

Belə ki, görüşün 40-cı dəqiqəsində "Qəbələ"nin nigeriyalı futbolçusu Ehiosun Ekiqo sumqayıtlı azarkeşlərin irqçi şüarlarına məruz qalıb.

Bir qrup azarkeş qara dərili futbolçunun ünvanına "Ebola, Ebola", "Negr"  şüarları səsləndiriblər. 24 yaşlı futbolçu buna etiraz olaraq formasını çıxardaraq meydançanı tərk etməyə cəhd göstərib. Bu zaman hakim ona sarı vərəqə göstərib.

Bu səbəbdən oyun 3-4 dəqiqə dayanıb. Lakin "Sumqayıt" klubunun futbolçularının, eləcə də azarkeşlərin üzrxahlığından sonra Ekiqo meydançaya qayıdaraq oyunu davam etdirib.

Qol.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA