Bərdədə camaat ayağa qalxdı, Sakinlər qaza görə yolu kəsdilər

img

11-11-2014 [16:10]


Bərdənin Lək kəndinin sakinləri etiraz aksiyası keçirərək magistiral avtomobil yolunu bağlayıblar. "Qafqazinfo” xəbər verir ki, yol 2 saata yaxın bağlı olduğundan maşınları hərəkəti dayanıb.

Sakinlərin yolu bağlamasına səbəb Lək kəndinə qaz çəkilməməsi ilə bağlıdır. Kəndlilər bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət edib. Onlar soyuq qış günlərində evlərini odun və dizel yanacağı ilə qızdırdıqlarını deyirlər.

Aksiya yerinə rayon icra başcısının birinci müavini Vahid Qarayev, Azəriqazın Bərdə nümayəndələyinin rəhbəri Ramiz Adıgözəlov və rayon polis şöbəsinin əməkdaşları gəlib. Uzun sürən danışıqlardan sonra sakinlər avtomobil yolunu açıblar. Rəsmi qurumlardan bildirilib ki, yaxın günlərdə kənddə qaz çəkilişi aparılacaq.

Məsələ ilə bağlı "Qafqazinfo” Bərdə rayon icra hakimiyyəti ilə əlaqə saxlayıb. Bildirilib ki, rayonda belə bir aksiya olmayıb. Sakinlər avtomobil yolunu bağlamayıb. Ümumiyyətlə, növbəti ildə Bərdənin nəinki Lək kəndi, o cümlədən qazsız qalan digər kəndləri də mavi yanacaqla təmin ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA