İran prezidenti gəlir - bu yollar bağlı olacaq (SİYAHI)

img

11-11-2014 [14:29]


İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri ilə əlaqədar olaraq paytaxtın bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq.

Virtualaz.org Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə istinadən bildirir ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycana başlayan rəsmi səfəri ilə əlaqədar sabah saat 16.00-dan paytaxtın Yusif Səfərovi, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər, Azadlıq prospektləri, "Azneft" dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.

İdarənin sürücülərə müraciətində bildirilib ki, göstərilən istiqamətlərdə şəxsi avtomobillərdən az istifadə etsinlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA