Gürcüstan Azərbaycanla sərhədi niyə möhkəmlədir?

img

11-11-2014 [12:17]


"Gürcüstan noyabr ayının sonuna kimi Azərbaycanla sərhəddə 5 nəzarət-buraxılış məntəqəsi tikəcək".

ANS PRESS-in məlumatına görə, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu il ölkədə həyata keçirilən sərhəd infrastruktur layihələrinin təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, həmçinin müvafiq sərhəd infrastrukturunun tikintisi də planlaşdırılır: "Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycan və Gürcüstan arasında beş sərhəd nəzarət-buraxılış məntəqəsinin tikintisinə başlanacaq. Qeyd etmək lazımdır ki, Gürcüstan hökuməti sərhəd infrastrukturunun yenidən qurulması üçün səylərini maksimuma çatdırmağa çalışır. Bu il ərzində Sərhəd polisi və onun inzibati binası yenidən qurulub", - deyə Qaribaşvili söyləyib.

Baş nazirin sözlərinə görə, artıq 2014-cu ildə 10 yeni nəzarət-buraxılış məntəqəsi tikilərək istifadəyə verilib: 

"Türkiyə ilə sərhəddə - 2, Ermənistanla sərhəddə - 3, Azərbaycanla sərhəddə - 2, Rusiya ilə sərhəddə isə 3 nəzarət-buraxılış məntəqəsi var. Gürcüstanın yeni iqtidarı üçün sərhədlərin qorunması əsas hədəflərdəndir", -deyə Gürcüstan baş naziri bildirib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA