"Bu adamların iç üzünü xalqa göstərməkdən yorulmayacağıq"-Partiya sədri

img

10-11-2014 [15:25]



"Milli Şuranın növbəti dəfə biabır olacağı əvvəlcədən bəlli idi, çünki artıq xalqa bu adamların iç üzünü açmışıq. Bu səbəbdən də insanlar milli maraqlarımıza düşmən olan adamlara dəstək vermirlər".

Bu fikirləri Mia.az-a Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Milli Şuaranın 9 noyabr mitinqinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu məsələdə Müsasir Müsavat Partiyasının təşviqat qrupunun xüsusi rolu olub: "Uzun illərdir ki, radikal müxalifət Azərbaycanın maraqlarını satmaqla məşğuldur. Bu məsələdə İsa Qəmbərlə Əli Kərimlinin rolu daha "əhəmiyyətli"dir. Onlar yalnız şəxsi maraqlarını təmin eləmək üçün zaman-zaman milli maraqlarımızı qurban veriblər. Milli Şura xaricdən tapşırıq alıb ki, Azərbaycanda daxili stabilliyi pozsunlar, amma biz buna imkan vermirik. Artıq neçə müddətdir ki, Müasir Müsavat Partiyası təşviqat qrupu yaradıb, bu anti-milli qüvvələrin zərərəsizləşdirilməsi üçün fəaliyyət göstərir. Biz mütəmadi olaraq, yerlərdə insanlarla görüşüb fikirlərimizi bölüşürük. Əli Kərimli, İsa Qəmbər kimilərinin xəyanətlərini onlara izah edirik".

H.Hacıyevi onu da bildirib ki. artıq bu təblişat işləri öz nəticəsini verməkdədir. "Gördüyünüz kimi, Milli Şuranın, daha doğrusu, milli satqınların mitinqi növbəti biabırçılıq oldu. O qədər təbliğatdan sonra mitinqə heç 5-6 yüz adam gəlmədi. Hələ xaricdən aldıqları pulun bir hissəsini xıərclədilər, camaata pul payladılar. Bütün bunlara baxmayaraq gələn olmadı. Sözsüz ki, bizim fəaliyyətimizin təsiri böyükdür. Amma biz dayanmayacağıq, davam edəcəyik. Bu adamların iç üzünü xalqa göstərməkdən yorulmuruq, yorulmayacağıq"- deyə MMP sədri fikrini tamamlayıb.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA