DİN-dən bloggerin həbsinə reaksiya gəldi

img

10-11-2014 [14:18]


Daxili İşlər Nazirliyindən blogger Mehman Hüseynovun həbsinə reaksiya gəlib. 

DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov virtualaz.org saytına açıqlamasında Mehman Hüseynov barədə cinayət işi olduğunu deyib: "2012-ci ildə qanunsuz keçirilən aksiya zamanı Mehman Hüseynov polis əməkdaşlarına qarşı müqavimət göstərib, xuliqanlıq edib. Buna görə də barəsində cinayət işi qaldırılmışdı. İstintaqın gedişi ilə əlaqədar ölkədən çıxmasına yasaq qoyulmuşdu. 2013-cü ildə Mehman Hüseynov xarici ölkələrdən birinə hansısa tədbirə getmək üçün istintaq orqanına müraciət etmişdi. Müraciətə baxıldı, icazə verildi. Bu dəfə isə Mehman Hüseynovun nə özü, nə də vəkilləri tərəfindən müraciət olunmayıb. Saxlanılmasına səbəb budur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA