Mətbuat Şurası monitorinq aparıb, qayda pozuntusu olmayıb

img

09-11-2014 [19:49]


Azərbaycan Mətbuat Şurası Milli Şuranın bu gün keçirlən icazəli mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb. 

Şuradan Mia.az-a verilən məlumata görə, aksiyada jurnalistlərə qarşı heç bir pozuntuya rast gəlinməyib:

"Aksiyada prosesi işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün xüsusi yerlərin ayrıldığı müəyyənləşdirilib. Bundan başqa onların sərbəst hərəkətlərinə və xidməti vəzifələrini səmərəli şəkildə icra etmələrinə də hər hansı maneə qeydə alınmayıb.

Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun mitinqdə iştirak edən üzvlərinə, həmçinin Mətuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin yaradılmasına dair müraciət edilməyib. Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində "PRESS” yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb".

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA