"“Qarabağ”la oyun qrupdan çıxmaq baxımından həlledici olacaq"

img

08-11-2014 [19:29]


"İnter”lə oyunda hər iki komandanın qalib gəlmək şansları var idi. Hətta ilk hissədə rəqib hesabı 0:2 edə bilərdi. Biz isə ikinci hissədə daha inamlı təsir bağışladıq. Ancaq doğma meydanda "İnter”ə qalib gəlməli idik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın Avropa Liqasını qrup mərhələsindəki rəqiblərindən olan "Sent Etyen” klubunun futbolçusu Fabien Lemuan  İtaliya "İnter”i ilə oyun (1:1) haqda danışarkən deyib. 

Klubun rəsmi saytına açıqlama verən fransız yarımmüdafiəçi "pley-off”a adlamaq şanslarından və növbəti turda "Qarabağ”la qarşılaşacaqları oyundan da danışıb: "Dnepr”in "Qarabağ”a qalib gəlməyi bizi ikinci pilləyə yüksəltdi. Ancaq üç komandanın dörd xalı var. Bu isə hər üç komandanın "pley-off”a çıxmaq şansının olduğunu göstərir. Qarşıda iki vacib oyunumuz var. Birinci matçımız doğma meydanda "Qarabağ”a qarşı olacaq. Bu görüş qrupdan çıxmaq baxımından həlledici olacaq".

Xatırladaq ki, "Snet Etyen” – "Qarabağ” matçı noyabrın 27-də, Fransada keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA