Avropa Məhkəməsindən Ermənistana Qarabağla bağlı haqlı sual

img

08-11-2014 [17:24]


Ermənistan vətəndaşı Hraçik Muradyanın Avropa Məhkəməsinə etdiyi şikayət rəsmi İrəvanın daha bir yalanını ortaya çıxarıb. 

ANS PRESS-in məlumatına görə, oğlu Suren Muradyan 2001-ci ildə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində həlak olduqdan sonra Hraçik Murayanın Avropa Məhkəməsinə şikayət edib. 

Məsələ ilə bağlı qaldırılan məhkəmə işinə "Sünik vilayətinin Stepanakert rezidensiyasının ümumi yuridiksiyalı məhkəməsində” baxılıb. Sünki Ermənistanın Zəngəzur mahalında yaradılmış vilayətdir. Məhz bu, Hraçik Muradyanın məhkəməyə şikayət etməsinə imkan yaradıb. 

Erməni vəkil Muşeq Şuşanyan Avropa məhkəməsinə müraciət etmək üçün Hraçik Muradyana yardım edib. Avropa İnsan haqları məhkəməsi isə məsələ bağlı İrəvana sorğu göndərib ki, hansı sənəd əsasında Ermənistan vətəndaşları Azərbaycanın Qarabağ bölgəsində xidmət edir? 

Ermənistan məsələ ilə bağlı heç bir cavab verə bilməyib. Nəticədə, hadisə Avropa İnsan Haqları Konvensiyasının pozulması kimi qeydə alınıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA