08-11-2014 [15:48]
İradə Tuncayın haqqında yazmağın necə çətin olduğunu – on gündən bəri cəsarət edib başlaya bilmədiyim – bu yazı barədə, axır ki, bir qərara gələndə bütün dəqiqliyilə anladım.
"Sarı odalar”ı , "Yol romanı”nı bir də, bir də vərəqlədikcə bu kitabların yaratdığı sirli auranın, halənin içindən hərdən beynimi didən (onun haqqında yazmağın çətinliyilə bağlı) bu sirrin cavabı peyda olurdu. Amma heç mahiyyətinə varmağa, dərininə getməyə imkan tapmamış qeybə çəkilirdi, çünki yenə yazılarının sehirli aləminə düşürdüm...
İradə xanımı 30 ildi tanıyıram – ən əziz, yaxın dostumun həyat yoldaşı kimi, sevdiyim şairin qızı kimi. Çoxlu söhbətləşməyə, hərdən reaksiyalarını, təpkilərini, sevincinin və qəzəbinin səbəblərini müşahidə etməyə imkanım olub, bunları anlamağa çalışmışam. Düzünü desəm, bu 30 ildə ona münasibətimdə təzadlı məqamlar az olmayıb. Bəzən İradə xanımın söz-söhbətləri üçün darıxmışam, onun söhbətlərini dinləməyə, bəzən mübahisə etməyə can atmışam. Bəzən isə ondan qorxub, uzaq durmaq istəmişəm!
Hələ mətbu publisistika ilə, qəzetçiliklə məşğul olmadığı, TV-lərdə yeni göründüyü, sonra mütəmadi çıxdığı verilişlərdə – sürətli nitqi, həyəcanlı danışığı üzündən çatdırıb hamısını həzm edə bilməsəm də – qəribə və dopdolu, yüklü cümlələrindən heyrətlənmişəm. Yazıları işıq üzü görməyə başlayandan sonra, bu cümlələri təkrar-təkrar gözlə görmək, oxumaq imkanı olanda isə qorxunun səbəbini təxmini ayırd etmişəm.
İradə xanım hədsiz məlumatlı, savadlı olması, zəngin biliyilə yanaşı, intuisiyası, müşahidə qabiliyyəti, həssaslığı ilə də seçilir. Bəzən adi, sakit söhbətlərdə də insanlar haqda – adamın cızdağını, gözlərini hədəqədən çıxaran – elə həqiqətlər söyləyir ki, donub qalırsan. Bilmirsən sevinəsən, heyrətlənəsən, ya o sözlərdən qorxub qaçasan.
Mətbu publisistikayla fəal məşğul olandan sonra isə bu keyfiyyətlər artıq onun yazılarında kök saldı, oturuşdu. Və biz "525”də İradə xanımın yazılarını hər şənbə günü dərc elədikcə bu heyrəti, heyranlığı, bəlkə büruzə verilməyən qorxunu bir sıra söz, ədəbiyyat sərraflarının da duyduğuna şahid oldum. Zövqünün üstünlüyünə inandığım ədəbiyyatçı və jurnalist dostumuz Seyfəddin Hüseynli elə o illərdə, həmin yazılar qəzetimizdə çıxdığı günlərin birində: "İradə Tuncay indi bizim publisistikada mübahisəsiz, mübaliğəsiz birincidir” – demiş və aşkar təəssüflə bunu da əlavə eləmişdi: "Böyük bir ölkədə yaşasaydı, bu intellektlə, belə ustalıqla daha geniş auditoriyalı bir dildə yazsaydı, tanınmış əcnəbi həmkarlarının çoxundan məşhur olardı”. Açığı, bu sözlər mənim tam ürəyimcə olmuşdu. Çünki keçirdiyim hisslərin zövqünə, təfəkkürünə inandığım insanın dilindən təsdiqini almaq da bir ayrı ləzzətdi.
"Mənim öz təqvimim var” – deyir İradə Tuncay. Əvvəlki iki kitabındakı yazılarda da əsasən öz təqviminə söykənib, zəngin biliyə, məlumata dayanan, qaynaqlara söykənən əsərlərilə bu günün adamlarına – bizlərə ətrafımızda baş verən hadisələrin, həyatımızdan saymazyana, sürətlə ötüb keçən, əslində əlamətdar olan tarixlərin kökünü, mahiyyətini amansız bir gerçəkçiliklə açıb göstərir. Sual verir və heyrətamiz nəticələr, cavablar tapır!
İradə xanımın təqvimində yanvarın axırı, fevralın əvvəli hansısa şıltaq müğənninin doğum günü yox, Mirzə Cəlilin və Həmidə xanımın həyatıyla bağlı günlərdi, yaxud Leninqradın blokadasıdı. O, dekabrda
Dekabristlərdən, mayda Cümhuriyyətimizin xaricə göndərdiyi yüz cavan oğlandan söz açır.
Son vaxtlar sosial şəbəkədə də bu ənənəsini davam etdirən İradə Tuncayın üstünlüyü təqvimin günlərini bəhanə edərək tarixin qatlarına dalmaq, oxucularını, izləyicilərini maarifləndirmək, öyrətmək və şərh etmək missiyasını həyata keçirir. Bu yazılarda keçmişlə indi bir vəhdət halına gəlir, bütöv görünür. Osmanlı tarixindən, İran tarixindən, Sovetlər Birliyindən, Səfəvilərdən söhbət açır. Bugünkü hər qüsurumuzun da, hər üstünlüyümüzün də kökünü tariximizdə, genlərimizdə axtarıb tapmağa çalışır.
Hamısında da dürüst, inandırıcı mövqe və zəngin məlumat sərgiləyir. Onun yazılarını ötəri, üzdən oxumaq olmaz! Hər yazısında alt qatlar, gizli laylar, görünməyən məqamlar var – Füzuli, Məmməd Araz şeiri kimi.
Onun yazılarında dərin bir hüzn var! İradə xanım bizi düşündürür, beynimizi yormamaq üçün haqqında fikirləşmək istəmədiyimiz mətləblərə, yasaq saydığımız mövzulara toxunur. Zəif, uğursuz yönlərimizi, qazanmalı ikən itirmiş olduqlarımızı xatırladır və... içimizdə dərin bir hüzn yaradır.
İradə xanımın hər iki kitabına AYB-nin "Natəvan” klubunda təqdimat keçirmişik. Və ikisində də bu kitabların publisistikadan daha çox, bədii ədəbiyyat olduğunu söyləmişəm. Əminəm ki, İradə xanımın yazıları öz bədii siqləti, obrazlılığı, təsir gücü, dərin qatları ilə çağdaş ədəbiyyatımızın ən yaxşı nümunələri sırasındadır.
Və bu – üçüncü kitabı da İradə xanımın ənənəvi yazılarının davamıdır. Burda da İradə xanım tanıdığımız və tanımadığımız insanlar haqqında o qədər canlı, maraqlı, dolğun detallar, məqamlar sərgiləyir ki, haqqında söhbət açılan adamları sanki çox yaxından tanıyırmışıq kimi bir hiss bürüyür adamı.
5 il öncə – 45 yaşım tamam olanda İradə xanım mənim haqqımda "5” adlı yazı yazmışdı. Mən indi də hər dəfə o yazını oxuyanda həyəcanlanıram, heyrətə qərq oluram; surətimi belə dəqiqliklə çıxardığına, məni bu qədər dərindən tanıyıb-anladığına görə...
Bu yazımın da adını həmin yazıya uyğunlaşdıraraq qoydum. Amma bu mənim İradə xanım haqqında yazdığım tək yazı olmayacaq. Əminəm ki, onun haqqıda yazmağın çətinliyini və qorxusunu çıxardan "çildağ” tapacam və daha geniş bir yazı yazacam!
İndilikdə isə İradə xanımı iki 5 və yeni kitabı münasibətilə təbrik edirəm!
Şövqünüz, ruhunuz, enerjiniz, gücünüz, yazmaq ehtirasınız azalmasın, – deyirəm!
525.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq