"Azərbaycan oğlanlarına nə olub ki, əcnəbiyə ərə gedim?"

img

08-11-2014 [15:17]


Rəqqasə Oksana Rəsulova heç vaxt ailə qurmayacaq. 

Mia.az-ın Axşam.az-a istinadən məlumatına görə, sənətçi bu haqda "Star life” verilişinə açıqlamasında deyib. 

O, "Hindli birisi evlilik təklif etsə, ərə gedərsən” sualına belə cavab verib: "Bir məqsədim var: Bollivud. Birinci mərhələni keçmişəm. İkinci mərhələyə hazırlaşıram. Üçüncü mərhələ isə hind filmində çəkilmək istəyimdir. Azərbaycan oğlanlarına nə olub ki, əcnəbiyə ərə gedim? Başqa ölkədən birinə ərə gedə bilmərəm. Heç azərbaycanlıya da ərə getməyəcəm. Ailə qurmağa "stop” demişəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR