"Daxildə maraqlı olan qüvvələr vardır ki, Azərbaycanda xaos yaransın"-Partiya sədri

img

08-11-2014 [13:29]


"Sabahkı mitinqdə tribunaya çıxanların qohumları və Qərbin pulunun dadını bilən bir neçə nəfər gələcək”.

Bu fikri hafta.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O bildirib ki, partiya olaraq növbəti həftədən ciddi açıqlamalar verəcəklər: "Təəssüf edirəm ki, Kərimov Əli və Həsənov Cəmil Azərbaycanda xarici kəşfiyyatın bütün tapşırıqlarını cümlə-cümlə yerinə yetirirlər. Hər halda bu məsələlər çox dəqiq araşdırılmalıdır ki, bunu da edəcəyik. Bu gün onlar müəyyən qruplara pul paylayırlar. Çox maraqlı məsələlərdir ki, onlara bu pullar necə və haradan gəlir. Bizdə olan məlumata görə, vaxtilə hakimiyyətdə olan bir qrup insanlar onlara maddi yardım edirlər. Bundan başqa, əldə etdiyimiz faktlara görə, Fəhmin Hacıyevin vasitəçiliyi ilə o vaxtlar hakimiyyətdə olmuş və hazırda xaricdə yaşayan şəxslər onlara xeyli maddi köməklik edib. Həmçinin, daxildə də maraqlı olan qüvvələr vardır ki, Azərbaycanda xaos yaransın. Bu bizi çox yorur. Yaxın günlərdə çox ciddi addımlar atacağıq”.

Hafiz Hacıyev bildirib ki, hazırda metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında insanları mitinqə dəvət edərək, onlara pul təklif edirlər:

"Mənə zəng edib deyirlər ki, müəyyən qruplar orada xırda əşyalar satırlar. Onlara yaxınlaşanlara isə mitinqə dəvət edib, pul təklif edirlər. Bu dərəcədə biabırçılıq olmaz. Burada məqsəd odur ki, insanlarda fikir formalaşdırsınlar ki, guya Həsənov Cəmil və Kərimov Əli Azərbaycanda hakimiyyətə gələcək. Qərb də bunları dəstəkləyir. Hesab edirəm ki, çox ciddi nəticə çıxarmaq lazımdır. Biz müstəqil və demokratik ölkəyik. Ancaq mitinqlərdə onlar öz şüarlarını qoyub, başqa sözləri qışqırırlar. Bu nə deməkdir? Əgər bunların qarşısı alınmasa, Müasir Müsavat Partiyasının üzvlərini böyük qarşıdurmalar gözləyəcək. Biz bütün bunların qarşısını almaq üçün növbəti həftədən müvafiq qərarlarımızı verəcəyik”.

Qeyd edək ki, Milli Şura sabah saat 15:00-da növbəti MƏhsul stadionunda mitinq keçirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA