Birlik sədri Eldar Namazovu tərk etdi

img

07-11-2014 [12:40]


"EL” hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev istefa verib

Bu barədə məlumatı AzNews.az-a açıqlamasında onun özü verib. 

E.Quliyev deyib ki, daha Eldar Namazovun rəhbərlik etdiyi "EL” hərəkatında təmsil olunmur: "Qoy bu, mənim "EL”dən getdiyim haqda bəyanatım kimi qəbul olunsun”.

Qeyd edək ki, "EL” hərəkatı 2013-cü il mart ayının 13-də ildə təsis olunub. 

Qurumu tərk edən E.Quliyev ilk gündən "EL”də Ali Məclis sədri vəzifəsini icra edib. 

"El" Hərəkatının Təşəbbüs Qrupuna Musa Yaqub, Nurəddin Mustafayev, Eldar Abbasov, Rasim Ağayev, Əli Abbasov, Zəfər Quliyev və Maşallah Allahverdiyev daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA