KİVDF jurnalistlərin mükafat pulunu azaltdı

img

06-11-2014 [17:35]


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün elan etdiyi müsabiqənin pul mükafatını azaldıb.

Bu haqda qərar KİVDF-nin bu gün keçirilən iclasında qəbul edilib. Qərara görə jurnalist müsabiqəsindəki mükafat pulu yarıbayarı azaldılaraq qalibə 1000 manat yox, 500 manat veriləcək. Pul mükafatının azaldılması isə 1-ci yerin qaliblərinin sayının artırılması ilə izah olunur. Əvvəllər hər nominasiya üzrə 1-ci yer 3 nəfərə verilirdisə, dəyişiklikdən sonra birinci yerin qaliblərinin sayı 6 nəfərə qaldırılıb.
Bu xəbəri Fondun icraçı direktoru Vüqar Səfərli təsdiq edərək bildirib ki, qaliblərin müəyyənləşdirilməsi ilə bağlı mövcud müsabiqə şərtlərinə yenidən baxılıb, hər istiqamət üzrə ümumilikdə 6 nəfər qalibin müəyyənləşdirilməsi daha məqsədəuyğun sayılıb.

Daha bundan sonra müsabiqədə hər istiqamət üzrə I yer üçün 500 AZN olmaqla 1, II yer üçün 300 AZN olmaqla 2, III yer üçün isə 200 AZN olmaqla 3 mükafat veriləcək və qaliblərin sayı 114 nəfərə çatacaq..

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA