06-11-2014 [12:15]
Mia.az xəbər verir ki, bunu Modern.az saytına eks-spiker Rəsul Quliyev keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin onun haqqında səsləndirdiyi ittihamlara münasibət bildirərkən deyib. Rəsul Quliyevin sözlərinə görə, Əli Nağıyev özünü tarixin yaradıcısı kimi göstərməyə cəhd edir. O, bildirib ki, mərhum eks-prezident Heydər Əliyev Əli Nağıyevə ikinci dərəcəli bir post vermişdi. "Buna görə də Əli Nağıyevin mənim qəbuluma düşmək şansı yox idi”,-deyən Rəsul Quliyev ironiyasını da gizlətməyib: "Başqalarının xahişi ilə deyəsən onu bir və ya iki dəfə qəbul etmişəm”.
Əli Nağıyevi dedi-qodu ilə məşğul olmaqda qınayan eks-spiker "onun vəzifədən çıxarılması da bu xarakterinə görə baş verib”,- deyə bildirib.
Qeyd edək ki, Əli Nağıyev Modern.az-a müsahibəsində "Milli Məclisin keçmiş sədri Rəsul Quliyevin YAP-a ərizəsiz qəbul olunmasında sizin rolunuzun olduğu söylənilir. Ən dolğun cavabı sizdən eşitmək istəyirik” sualına belə cavab verib: "Bu adam Heydər Əliyevlə oyun oynamaq istəyirdi. Deyirdi: "Bilirsiniz nə var, bir partiya yaratsam, bəzi adamlar mənim partiyama gələcək. Onlar sizin partiyaya gəlmək istəmirlər, mənim partiyama qoşulmaq istəyirlər”. O adamlar Anar Rzayev, Rüstəm İbrahimbəyov və Yusif Səmədoğlu idi. Bunu Heydər Əliyev camaatın qarşısında dedi. Baxın, bu adamın beyni pozulub, bu adama informasiya verənlər də onun kimi nadürüstdür. Heydər Əliyev mənə tapşırıq verib dedi: "Axı, kimdir ki, camaat onun dalınca getsin. Onun yanına get və partiyaya üzv olması üçün ərizə al!”. Mən zəng etdim, o, yenə oyun oynamağa başladı: "Mənim YAP-a ərizə verməyim ucuz olur, sən bir nəfər göndər məndən müsahibə götürsün. Orda deyəcəyəm ki, YAP-a tərəfdaram”. Bunu Heydər Əliyevə deyəndən sonra Eldar Sabiroğlunu göndərdim. Rəsul Eldar Sabiroğluna müsahibə verdi, ancaq onu Heydər Əliyev bəyənmədi”.
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO
DAHA BİR GENERALA YÜKSƏK VƏZİFƏ VERİLDİ
"TikTok"un vəzifəli şəxsləri gizli qoruma oyunu - Amerikada Tramp qorunur, bizdə isə Prezidenti təhqirə geniş yer açılır
Məktəb direktorunun şagirdi vurması iddiası araşdırılır
Sabah hava necə olacaq? - Proqnoz
AFFA klubları cəzalandırdı
Rusiyadda bakalavriat və magistratura ləğv edilir
"Changan"dan şikayətlər artır - Bəs ekspert nə deyir?
Deputat yenə cəza və cərimə tələb edən nazir müavininə qəzəbləndi: "İnsanlar boğaza yığılıblar"
Ordu və polis müvəqqəti prezidenti "Sədaqət andı" içdi - "Komandir əsası" təqdim olundu
"Balkonlardan tullanmayın" - Qapçının qolu ilə pley-offa yüksələn "Benfika"nın Baş məşqçisi kimə replika atdı?
Türklər parçalananda Rusiya böyüyür, birləşəndə kiçilir - Bu, tarix boyu təkrarlanan geosiyasi qanundur (təhlil)
"Qardaşım vəfat etməyib" - Əhəd Abıyev
Kəmaləddin Heydərov yeni təyinata imza atıb
Etibar Əhmədov vəzifədən azad olunub
Şəmşad Ağa anasının dəfn mərasiminə buraxıldı - QƏRAR
"ABU-nun saxta diplomlu "məzunu" onu Xidmət rəisi təyin etdirdi..." - Jurnalist jurnalistin statusuna elə şərh yazdı ki... (FOTOLAR)
Daha üç nəfər dəm qazından zəhərlənib (Yenilınib)
Məhkəmənin qərarı olmadan axtarış aparılması... - Cinayət-Prosessual Məcəlləsi dəyişir
Maştağada istixanadan oğurluq edənlər saxlanıldı
ZƏNGİLANIN BU KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLDU
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır