AMİP-dəki istefaya rəsmi cavab - "Onsuz da yerli təşkilatla əlaqəni kəsmişdi"

img

05-11-2014 [18:57]


Azərbaycan Milli İstiqlal Partiyasının 1998-ci ildən üzvü olan həkim Nağıyev Elçin Həmid oğlunun istefasına reaksiya gəlib.

Partiya funksioneri Əli Orucov Mia.az-a deyib ki, bir nəfərin partiyadan getməsini itki hesab edirlər, lakin belə istefaların partiyanın fəaliyyətinə təsir göstərmədiyi qənaətindədir: "Onsuz da həmin şəxsin partiyada olması formal xarakter daşıyırdı və yerli təşkilatla da əlaqəsini kəsmişdi. Görünür, şəxsi səbəblər və maraqlar onu mətbuat vasitəsi ilə partiyadan istefa verməsini bildirib. Partiyada üzvülük və fəaliyyət hər kəs üçün könüllüdür. 

Partiyadan gedənlər olduğu kimi gələnlər də var. Sevindirici haldır ki, partiyaya yeni üzv qəbul edilənlər arasında gənclər və ziyalılar daha çox üstünlük təşkil edir".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA