UEFA Türkiyənin "Qalatasaray" klubunu yenidən cəzalandıracaq

img

05-11-2014 [17:39]


UEFA Türkiyənin "Qalatasaray" klubunu yenidən cəzalandıracaq.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, buna Çempionlar Liqasının qrup mərhələsinin IV turunda keçirilən "Borussiya" (Dortmund) - "Qalatasaray" matçında (4:1) qonaq azarkeşlərin meydançaya yad əşyalar atması səbəb olub.

Türkiyəli fanatların oyunun gedişində meydançaya pekardalar atması nəticəsində görüş iki dəfə dayandırılıb. "Cim Bom"un futbolçularından Felipe Melo, Həmid Altıntop və Fernando Muslera fanatları sakitləşdirməyə cəhd ediblər və buna nail olublar. Məhz bundan sonra oyun davam etdirilib.

Qeyd edək ki, analoji hadisə daha öncə "Arsenal" - "Qalatasaray" matçında (4:1) da yaşanmışdı. Həmin oyunda baş verənlərə görə UEFA "Qalatasaray"ı 50 min avro məbləğində cəzalandırmışdı. UEFA İntizam Komitəsinin bu dəfə Türkiyə təmsilçisinə hansı cəzanı kəsəcəyi maraqla gözlənilir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA