“Biz razıyıq və buna hazırıq" - Qarabağıa bağlı şərtimiz açıqlandı

img

05-11-2014 [17:28]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 5-də Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonla keçirdiyi birgə mətbuat konfransında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə prinsiplər müəyyənləşdirilib, artıq sülh sazişi üzərində işləmək lazımdır.

Azərbaycanın mövqeyinin birmənalı olduğunu vurğulayan nazir Fransa Prezidentinin də böyük sülh sazişi üzərində işə başlamağı təklif etdiyini diqqətə çatdırıb. "Biz razıyıq və buna hazırıq. Amma bunun üçün əvvəlcə Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır”, - deyə E.Məmmədyarov əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA