“Bu cür məğlubiyyətə layiq deyildik" - "Qalatasaray"dan açıqlama

img

05-11-2014 [10:19]


"Bu cür məğlubiyyətə  layiq deyildik. İstanbuldakı  oyundan sonra çox çalışmışdıq, oyuna yaxşı hazırlaşmışıdıq. Ancaq gözləmədiyim məğlubiyyətlə üzləşdik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qalatasaray”ın baş məşqçisi Çezare Prandelli Dortmund "Borussiya”sına məğlub olduqları oyundan (1:4) sonra keçirdiyi mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis azarkeşlərin onun ünvnına  istefa şüarları səsləndirməsinə də münasibət bildirib: "Bu oyunda bütün gücümüzü ortaya qoyduq. Bilirəm, səhvlərimiz də var. İşimizə davam edirik. İstefa haqda düşünmürəm”.

Prandelli qeyd edib ki, əsas hədəfləri superliqanın qalibi olmaqdır: "Ötən mövümslə müqayisədə hazırki heyətimiz zəifdir. Onsuz da əsas hədəfimiz superliqanın qalibi olmaqdır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA