"Rəhbərliyin səbr kasası daşdı..."- Naxçıvandan açıqlama gəldi

img

04-11-2014 [14:26]


Araz Naxçıvan” klubu dünən fəaliyyətini dayandırması ilə bağlı klubun rəsmi saytında məlumat yerləşdirib.


Açıqlamada qeyd olunur: "Xəbər verdiyimiz "Araz-Naxçıvan” PFK ötən gün fəaliyyətini dayandırması ilə bağlı açıqlama vermişdi və PFL-ə də rəsmi məktub göndərmişdi. Bu məlumatla bağlı yerli mətbuatda bir sıra xəbərlər öz əksini tapdı. Bəzi mətbu orqanlar əsassız xəbərlər yayaraq, klubun dağıldığını müəyyən səbəblərlə bağladılar. Lakin bu xəbərlərin çoxu həqiqəti əks etdirmir. Muxtar respublika klubunun çempionatı tərk etməsi və fəaliyyətinin dayandırırmasının səbəbi isə tam fərqlidir. Belə ki, "Araz-Naxçıvan"ın çempionatı tərk etməsinin əsl səbəbi öncədən məlum idi. Çünki klub yaradılarkən öz strategiyasına uyğun olaraq fəaliyyət dairəsi seçmişdi. 


İlk olaraq yerli futbolçularla güclənməyi qarşısına məqsəd qoyan komandanın əsl məqsədi Azərbaycan futboluna xidmət etmək və yerli oyunçuların gücündən istifadə etmək idi. Lakin zaman keçdikcə klubumuza qarşı bəzi haqsızlıqlar muxtar respublika təmsilçisinin fəaliyyətinin dayandırmasına səbəb oldu. Xatırlayırsızsa, hələ çempionatın 2-ci turunda "Qəbələ", 4-cü turunda isə "Sumqayıt"la oyunda komandamız hakim haqsızlıqları ilə üzləşmiş və bu barədə futbol qurumuna müraciət olunmuşdu. Sonradan məsələ öz həllini tapsa da, klubumuz müəyyən şərtlərlə çempionatda oyunlarına davam etdi. Ancaq sonrakı turlarda məlum hadisələrdən sonra klub rəhbərliyinin səbr kasası daşdı və klubun fəaliyyətinin dayandırılmasına göstəriş verildi.

 Biz "Araz-Naxçıvan" PFK olaraq, çempionatı təşkil edən PFL-ə, həmçinin futbolun inkişafı üçün çalışan AFFA rəhbərliyinə təşəkkürümüzü bildiririk və çempionatın növbəti turlarında digər klublara uğurlar arzulayırıq. Yarandığı gündən etibarən komandanın daim yanında olan sadiq azarkeşlərimizə minnətdarlığımızı bildiririk”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA