BMAM sədri səfirlə görüşdü, səfir dəstək sözü verdi - FOTOLAR

img

04-11-2014 [14:01]


Bu gun Yunanıstanın Azərbaycandaki səfiri Dimitrios G. Tsoungas ilə BMAM sədri Rufiz Qonaqov və Mərkəz üzvləri ilə görüşüb.

BMAM-dan Mia.az-a daxil olan məlumata görə, görüşdə hər iki ölkənin Vətəndaş Cəmiyyətlərinin hazırki vəziyyəti,  Azərbaycan və Yunanıstan QHT-ləri arasında əməkdaşlıq  prespektivləri və digər vacib məsələlər ətrafında muzakirə olub.

BMAM sədri Rufiz Qonaqov Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin bu sahədə gördüyü işlərdən və nəzərdə tutulan tədbirlərdən danişaraq, Azərbaycan Vətəndaş Cemiyyətinin Avropa və beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı olduğunu bildirib. Eyni zamanda, R.Qonaqov hal hazırda Azərbaycan Vətəndaş Cəmiyyətinin kifayət qədər güclü olduğunu səfirin diqqətinə çatdırıb.

Səfir Dimitrios G. Tsoungas görüşdən məmnun olduğunu bildirərək,Yunanıstan və Azərbaycan Vətəndaş Cəmiyyətləri arasında əməkdaşlıq  təşəbbüsünu alqışladığını , beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiklərini vurğulayıb. Yunanıstan səfiri eyni zamanda, BMAM  və Yunanıstanın eyni missiyali təşkilatları arasında əlaqələrin yaranmasında hər cürə  dəstək verə biləcəyini bildirib.

 Görüşdə, eyni zamanda, Beynəlxalq Münasibətlərinin Araşdırılması Mərkəzinin xarici əlaqələr sektorunun mudir müavini Esmira Həmzəbəyova və sədrin müşaviri Əzizağa Heydərov iştirak edib.

             


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA