Şeyx, Mübariz Qurbanlı və Siyavuş Novruzov qan verdilər

img

04-11-2014 [12:32]


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə bağlı Təzəpir məscidində keçirilən qanvermə aksiyasında iştirak edib.

Lent.az-ın müxbirinin verdiyi məlumata görə, Allahşükür Paşazadə ilə yanaşı QMİ rəhbərliyi və əməkdaşları da qan verib. Şeyxülislam Hacı Allahşükür Paşazadə Aşura günü bütün müsəlmanlara başsağlığı verib.

Təzəpir məscidində keçirilən qanvermə aksiyasında Dini Qurumlarla İş üzə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Yeni Azərbaycan Partiyasının funksioneri Siyavuş Novruzov da iştirak edib.

"Report.az" saytının xəbərinə görə, QMİ Aşura günündə 14 məscid və ziyarətgahda qanvermə aksiyası keçirir. Bunlar Yasamal rayonu "Təzə-pir” məscidi, Yasamal rayonu "Hacı Soltanəli” məscidi, Nəsimi rayonu "Əjdərbəy” məscidi, Səbail rayonu "Bibi-Heybət” məscidi, Səbail rayonu "İçərişəhər cümə məscid"i, Suraxanı rayonu "Qaraçuxur" məscidi, Xəzər rayonu "Mir Mövsüm ağa” məscidi, Nizami rayonu "Keşlə qəsəbə məscid"i, Sumqayıt şəhər "Cümə” məscidi, Gəncə şəhər "İmamzadə” məscidi, Mingəçevir şəhər "Heydər” məscidi, Şəki şəhər "Cümə” məscidi, Lənkəran şəhəri "Böyükbazar" məscidi və Bərdə şəhər "Cümə” məscididir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA