“İlqar Məmmədov kimiləri avroya əyilənlərdir”-Partiya sədri

img

03-11-2014 [18:22]


"Ümumiyyətlə, müxalifət düşərgəsinin bütün üzvləri İlqar Məmmədov kimi ikiüzlü siyasətlə məşğuldur”. Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev İlqar Məmmədovun əfv edilməsi haqqında ərizə yazıb və sonradan əfvə düşmədiyi üçün bunu təkzib etməsi məsələsinə münasibət bildirərkən deyib.

Partiya sədrinin sözlərinə görə, İlqar Məmmədov kimi, digərləri də qərarı özlərində olmayan insanlardır: "Bu şəxslər Qərbin bütün göstərişlərini yerinə yetirməklə məşğuldurlar. O cümlədən Avropa dövlətlərində xüsusi institutlar var ki, onlar da çalışırlar ki, Azərbaycanda qarışıqlıq yaratsınlar. Bu şəxslərin öz ixtiyarları özlərinə deyil. Onların hər biri Etibar Məmmədovun yanında satqınlıq edərək ölkəmizin əleyhinə danışanlardır. Ərizə yazmaq hər bir Azərbaycan vətəndaşının borcudur. İlqar Məmmədov kimi şəxslər avroya əyilənlərdir. Hesab edirəm ki, məsələnin mahiyyəti də, məhz bundan ibarətdir. Bu gün Azərbaycanın öz siyasi xətti və siyasi kursu var”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA