Salam Payız

img

03-11-2014 [13:05]




I Hissə

Sizə payızın gəlişindən, payızdan danışım. İlər bir-birini əvəz edir, qış gəlir, yaz gəlir, yay gəlir, ancaq payızın yerini heçbir fəsil vermir, çünki payız ağlayır, yarpaqlar saralır, insanlar gövrəlir, və soyuqluğu hiss edir. 

Mən payız ayında gedirəm kəndə, dolaşıram küçələri, dolaşıram meşələri, çıdır düzlərini payızın ağlamağını görürəm hər ağac altından keçəndə bir yarbaq ya başımın üstünə, ya ətəyimə düşür, bu yarpaqlar ağacların göz yaşıdır, bu yarpaqlar sevənlərin göz yaşıdır, gözü yolda qalanların sirdaşıdır, salam payız, salam payız.

Bu payız mənə uşaqlığımı xatırladır, bu payız mənə ağlayan günlərimi xatırladır, ağrılı-acılı olsada ayrıldığım o qızı xatırladır, xatirələr yadıma düşür salam payız.

Payız gəldi, gözlədiyim Qatar gəlmədi, hərgün gedib qatarı gözlədiyim 12-30 dəqiqələri yadıma düşür, kövrəlirəm, ağlayıram, mənə köməklik edən göz yaşlarıma şərik olan payız olur, salam payız.

Bir vaxtlar gözləyirdim bu qatarı, gəlirdi qatar… Qatar gələnə kimi, avtovağzal küçəsində tək olardım sanki insanlarda bilirdi onu gözləyirəm qeybə çəkilərdilər. Öz-özümə söhbət edib payızın narı-narın yağışınla, xəzanınla, küləyinlə, xısın-xısın danışardım, bu payız gəlmədi gözlədim səni qatar, salam payız, salam payız.

Nədən bu payızda tək qaldım?
Tənha bir quş qaldım, yuvadan uşdum… qondum payızın xəzanına, qondum nisgili ürəklərin yarasına, qondum tənha qalanların pəncərəsinə, qondum gözü yaşlı insanların kipriyinə, qondum sevənlərin yollarına, bu payızda, yenə gəldin payız? xoş gəlibsən payız. salam payız, salam payız.
- Payız sən gəldin xatirələrimi neylədin?
- Payız sən gəldin tökdüyüm göz yaşımı neylədin, təzələdinmi?
-Payız sən gəldin nisgili ürəyimi, qəmli gözlərimi, çatlayan dodağımı, təzələdin payız.
-Payız sən gəldin o gəlmədi, bəs yarımı neyldin?
-Gəldin payız?
-Xoş gəlibsən. salam payız, salam payız.

Bir paçqa siqaret, pürəngli çay, mənim hədiyəmdi payız, oturmuşam odun peçinin yanında xatirələri yadıma salıram, kövrəlirəm yuxu kimi düşünürəm, nağıl kimi düşünürəm, tez-tez çıxıram küçəmizə yol -boyu baxıram, küçədi dəə uzanır gedir heç kim yoxdur bom-boşdur küçə yarpaqlar bürünübdür, sirlərə bürünübdür açan yoxdur bu sirləri, nədən payız?
Ayağımın altında yarpaqlar xışldayır, onun mənə pıçı-pıçı dedyi sözləri xatırlayıram, onun mənə sakitcə utancaq sevirəm dediyi sözü xatırlayıram, əllərindən tutmağımı, soyuq barmaqlarını isitməyimi xatırlayıram, sevəsən payız, kaşki sevməyidə öyrədəsən, sevəsən payız bir nəfəsdə doğulmağıda öyrədəsən payız, bilisən kimi deyirəm payız? o qızı deyirəm payız.
xatırladın onu? salam payız, salam payız.

Tanrı bəşəriyyəti yaradıb düzdü payız ?
Hörümçək toru, arı pətəyi, qarışqa yuvanı yaradıb, düzdü payız?
Kaşki məndə payız yarpaqlarından özümə yuva yaratmağı bacarardım payız,
Kaşki payız yarpaqlarından əlil olmuş cismimə loğman yaratmağı bacarardım payız.
Mən yaşadığım çinarlar şəhəri bürünbdü xəzanına payız, elə bu şəhərdə bu xəzana görə çinarlar şəhəri adlanır payız, gəldin payız xoş gəlibsən təzələdin yaramı payız. Salam payız, salam payız,
Bağlar xəzanın bürünübdür payız,
Bu xəzanların səsi çayların şırıltısı kimi eşidilir payız,
Bulaqların saf suyu kimi tər- təmiz görünür xəzanların payız,
Sən qocaların əsasısan payız,
Sən ağbirçək anaların örpəyisən payız,
Sən kövrək ürəklərin sirdaşısan payız,
Sən çadırdakı köçkünlərin şamısan, çırağısan, ümidisən payız, salam payız, salam payız.
Bilisən nə yadıma düşüb payız? 

Sən gələndə əl-ələ tutub sənin xəzanının üstündə xoşbəxt xəyallardan, arzu etdiyimiz körpəmizdən, danışdığım o qızı xatırlayıram, yadındadır?

Xəzanının üstündə dolaşırdıq, birdən gözüm xəzanının altındakı üstü palçıqlı üzüyə sataşdı yadındadı payız? Mən o üzüyü götürdüm, onun barmağına taxdım, şahidimiz oldun bizim o anda yadına düşdü payız, o xoş anlar? Yenə gəldin payız, salam payız.

O anlar yenə gəlməz payız, səni, onu xatirələrimdə saxlayacam bir ömür boyu, üşüsəmdə, soyuqluğu hiss etsəmdə, o anlara dönəcəm-dönəcəm payız....

Üşüyər,üşüdər pəncərəmi də,
Gəlməz içəriyə,yadındı payız.
Sarı saçlarını töküb çiyninə,
İlahi, nə gözəl qadındı payız.

Həmişə gözündə yaş saxlayanım,
Sənə oxşayıram,gözüm bir əsim.
Çağır,çağır gəlim buludun olum,
Mənə göylərində yer ver tələsim.

Üzünü, gözünü yuyum yolların,
Üstünün, başının tozunu alım.
Geriyə qaytara bilmədim onu
Barı ayağının izini alım.  

Şeirin müəllifi Xəyalə Sevil

Ömür kitabımı sənin fəslində yazdığıma görə bilisən nəqədər məyus oluram payız!
Ardı var…

Gənc yazar Azər Elçibəyli

Digər xəbərlər
SON XƏBƏRLƏR