“Gündəm xəbər” fəaliyyətini bərpa edir - Açıqlama

img

01-11-2014 [23:10]


Qəzeti yayımı və maliyyə sıxıntısı səbəbindən fəaliyyətini dayandıran "Gündəm xəbər” yenidən oxucuların görüşünə gəlir.

Mia.az xəbər verir ki,  bunu "Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri "Facebook"da yazıb: 

"”Gündəm Xəbər” qəzetinin oxucularının nəzərinə:

 Bildiyiniz kimi, qəzet bazarında baş verən "zəlzələ” ilə əlaqədar olaraq qəzetimiz fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. 

Məlum olduğu kimi, "Qasid”ASC, "Qaya” MMC və diğər mətbuat yayımlarının köşkləri şəhərin gur yerlərindən yığışdırıldı.  "Metro-Servis” MMC-nin də metrostatnsiyalarda fəaliyyətinə qadağa qoyuldu. Bu səbəblərdən yay tətilini də nəzərə alaraq, qəzetimizin fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Ancaq bu sıxıntılara və maliyyə çətinliyinə baxmayaraq, "Gündəm Xəbər” qəzetini dayandırdığımız yerdən fəaliyyətini bərpa etmək istəyirik.  İnanc yerimiz ancaq Azərbaycan oxucusudur. Tezliklə sizinlə bərabər olmağa tələsirik. Bizi izləyin”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA