UEFA qalmaqallı oyunla bağlı qərarını açıqladı

img

01-11-2014 [23:05]


UEFA Rumıniya və Macarıstan Futbol Federasiyalarını cəzalandırıb.

Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna "Avro-2016"nın seçmə mərhələsində keçirilən Rumıniya - Macarıstan oyununda hər iki yığmanın azarkeşləri arasında insident yaşanması səbəb olub.

Adı çəkilən oyunda rumın azarkeşlərin havaya fişəng atması, macar fanatların isə buna stadionun oturacaqlarını sındıraraq cavab vermələri və irqçi davranışlar səbəbindən hər iki ölkənin futbol federasiyası cərimələnib.

Baş verən qalmaqala görə UEFA Rumıniya Futbol Federiyasına 32 min, Macarıstan Futbol Federasiyasına isə 30 min avro məbləğində pul cəzası kəsib. Üstəlik hər iki ölkənin millisinin ilk ev matçında stadionun müəyyən sektorları azarkeşlərin üzünə bağlanacaq.

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan görüşdən öncə də azarkeşlər arasında insident yaşanmış, polis gözyaşardıcı qazdan istifadə edərək vəziyyəti sabitləşdirə bilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA