Almaniyada Ərdoğanı təhqir etdilər - FOTO

img

01-11-2014 [16:14]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı it şəklində göstərən karikaturanın Almaniyanın Friedrişafen şəhərindəki liseyin kitablarında çap edilməsi böyük reaksiyaya səbəb olub. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Almaniyada yaşayan türklər Ərdoğanı təhqir edən karikaturanın dərs kitabından çıxarılmasını istəyiblər.

Mövzu haqqında bir açıqlama verən bölgənin köklü türk idman klublarından "Dostlukspor”un başçısı Nuru Ay belə bir kitabla məktəblərdə təhsil verilə bilməyəcəyini qeyd edərək deyib: "Türkiyə Cümhuriyyəti prezidentinin it şəklində çəkilərək üstünə adının yazılması və bir it daxmasına bağlanması kimi bir karikaturanın məktəb kitabında yer alması çox anormal bir vəziyyətdir. Bu karikatura qəzet və ya jurnallarda çap olunsa anlarayam, ancaq belə bir karikaturanın məktəb dərs kitabında yer alması pis niyyətli insanların işidir”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA