Arif Hacılıya daha bir – ETİRAZ

img

31-10-2014 [20:01]


Tural Abbaslı Arif Hacılıya cavab verdi.

Müsavat partiyasının üzvü Tural Abbaslı Arif Hacılının "Fraksiya fəaliyyəti niyyətinə düşmək istəyənlərin partiya üzvləri qarşısında nüfuzu olmayacaq" fikrinə münasibət bildirib.

AzNews.az-a açıqlama verən Tural Abbaslı Arif Hacılı ilə qətiyyən razılaşmadığını deyib: "Müsavat başqanı belə məsələlərə rəy bildirərkən daha münasib ifadələri seçməli idi. Partiya üzvləri insanlara gördükləri işə və apardıqları mübarizəyə görə hörmət edir. Bu gün fraksiya yaradaraq partiyada daha demokratik mühit formalaşdırmaq istəyənlər fədakar insanlardır”.

T.Abbaslı vurğulayıb ki, müsavatçıların kimə hörmət edib, kimi qınayacaqlarını zaman göstərəcək: "Fraksiya quruculuğunu bölücülük və ya partiyanın işinə əngəl kimi görənlərin isə siyasi sahədə informasiyasının az olduğunu düşünürəm.

Fraksiya bizim istədiyimiz formada yaranıb fəaliyyət göstərəcəksə, bu, partiyaya müsbət mənada yardım edəcək və seçkilərdə nəhayət ki, real qələbələrə gətirib çıxaracaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA