Azərbaycanlı deputat Rusiyada tutuldu

img

31-10-2014 [19:57]


Rusiyada azərbaycanlı deputat həbs olunub. ANS PRESS-in Rusiya mətbuatına istinadən məlumatına görə, Rusiya Federasiyası Komi Respublikasının parlamentinin üzvü, "Uxtanefteqazgeologiya" şirkətinin rəhbəri Akif Sayadov cinayət yolla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında və şirkətin əmlakını mənimsəməkdə ittiham olunur.

Məlumatda bildirilir ki, Akif Sayadov geoloji kəşfiyyat işləri üçün avadanlıqların tədarükü və çatdırılmasına dair müqavilələrin bağlanması zamanı rəhbərlik etdiyi müəssisənin 42 milyon rublunu mənimsəyib.

Bundan başqa, 2009-2013-cü illərdə Azərbaycana səfər edərkən A.Sayadovun göstərişi ilə hesabına əməkhaqqı köçürülüb. Baş direktor Azərbaycana ezamiyyət və ya məzuniyyətlə bağlı zəruri sənədləri rəsmiləşdirmədən gedib.

Ümumilikdə isə ona əsassız qaydada 1,2 milyondan artıq rubl ödənilib.

Deputat oktyabrın 27-dən istintaq təcridxanasında saxlanılır. Ona qarşı ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA