"Qasid" müflis oldu - fəaliyyət dayandırıldı

img

31-10-2014 [13:49]


"Qasid" firması müflis olub və artıq qəzetlərin bu şəbəkə vasitəsi ilə pərakəndə satışı dayandırılıb. 

Bu barədə musavat.com-a «Yeni Müsavat» qəzetinin yayım direktoru Abbas İsmayılov məlumat verib. O, deyib ki, artıq 1 noyabrdan etibarən Qasid qəzet yayımı firması «Yeni Müsavat» qəzetini yayım üçün götürməyəcək: 

«Buna səbəb firmanın müflis olması və redaksiyalara satılan qəzet nüsxələrinə görə pul ödəyə bilməməsidir. Bizə rəsmən bildirdilər ki, yalnız abunələr üçün qəzet nüsxələri götürüləcək. Pərakəndə satış durdururlur». 

A. İsmayılov bildirir ki, baş verən hadisə «Yeni Müsavat» qəzeti üçün növbəti tiraj və maliyyə itkisidir: «Bu firmada böyük məbləğdə pulumuz qalıb. Üstəlik, yenidən tiraj itirdik. Qəzetlər üçün çox ağır bir dönəm davam edir. Bütün bunlar onu göstərir ki, yaxın gələcəkdə çap mediasına aid KİV-lərin əksəriyyəti öz fəaliyyətlərini dayandıracaq".

Baş hadisə ilə bağlı Qasid firmasının da rəsmi mövqeyini dərc etməyə çalışacağıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA